Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid olacaqlarını bilirdilər, dəstəmaz aldılar...
Şəhid olacaqlarını bilirdilər, dəstəmaz aldılar - Türkiyədə dövlət çevrilişinə qarşı döyüşən əsgərlər

Beş il əvvəl iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edildi.

O gün Türkiyə tarixi üçün çox önəmli bir gün idi.

Türkiyə Silahlı Qüvvələrinin tərkibində özünü “Yurtda Sülh Konseyi” adlandıran bir qrup hərbçi çevriliş etməyə cəhd etdi.

Türkiyə Silahlı Qüvvələrinin saytında və TRT-də yayımlanan məlumatda ordunun idarəetməni ələ keçirdiyi və küçəyə çıxma qadağası elan edildi.

Həmin gün İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpüsü bir qrup hərbçi tərəfindən bağlandı.

Həmin gün F-16 təyyarələri Böyük Millət Məclisi binasını 4 dəfə bombaladı. Ankarada Prezident Sarayının bombalanmasına cəhd edilsə də, cəhdlər baş tutmadı.

Həmin vaxt Muğlada olan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana sui qəsdə cəhd edildi.

Şəhid olacaqlarını bilirdilər, dəstəmaz aldılar - Türkiyədə dövlət çevrilişinə qarşı döyüşən əsgərlər

Həmin gün Türk lideri Ərdoğan Türk millətini çevrilişə qarşı çıxmağa, meydanlara çağırdı. Çağırışa qarşılıq olaraq Türkiyənin bir çox ərazilərində çevrilişə qarşı aksiyalar keçirilməyə başladı.

İyulun 16-sı səhər saatlarında hərbi çevrilişə cəhdin qarşısı alındı və həbçilər təslim oldu.

Və beləcə iyulun 15-i Türkiyə tarixinə “çevrilişə cəhd” günü kimi keçdi.

Hadisələr zamanı 104  hərbçi də daxil olmaqla 300-dən çox insan həlak oldu,1491 nəfər yaralandı və 8036 hərbçi həbs edildi.

Bu gün aradan 5 il keçsə də, Türkiyə öz şəhidlərini unutmur. Çevrilişə cəhd zamanı şəhid olan şəxslərin adları əbədiləşdirilib.

İstanbulun Fatih ilçəsində onların xatirəsinə fotoları yer almış löhvə vurulub.

Çevriliş cəhdinə qarşı çıxan şəxslərin xatirəsinə xüsusi abidə ucaldılıb.

İddialara görə, çevrilişə qarşı çıxmaq istəyənlər əvvəlcə yaxınlıqdakı fontanda dəstəmaz alıblar. Onlar şəhid olacaqlarını gözə alıb, dəstəmazsız şəhid olmaq istəməyiblər.

Həmin şəxslərin xatirəsinə fontanın kənarında şüşədən hazırlanmış otaqda maketlər yer alıb.

Bu gün Türkiyədə hər kəs 15 iyul hadisəsini həm qürur, həm də ağrı ilə xatırlayır.

Hər kəs onların fotosu vurulmuş lövhənin qarşısından keçəndə ayaq saxlayır, fatihə verir, foto çəkdirir. Türkiyə şəhidlərini unutmur.

İlahin,

Bizimyol.info

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »