Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstanda parlament seçkiləri başa çatıb
seçki

Bolqarıstanda erkən parlament seçkilərində səsvermə sona çatıb.

“Report” xəbər verir ki, saat 20:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi bağlanıb və seçki komissiyaları səsləri saymağa başlayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, saat 16:00-a qədər seçici fəallığı 27,20% -ə çatıb, səsvermədə 1,8 milyon nəfərə yaxın insan iştirak edib. Bu da 4 aprel seçkilərindən xeyli azdır.

Seçkilərdə ciddi qanun pozuntuları olmayıb, lakin MSK qanun pozuntusu ilə gün ərzində səhifələrində exit poll məlumatları dərc edən bir neçə internet nəşrini cərimələməyə qərar verib.

Bolqarıstan Xalq Məclisində (parlamentdə) 23 partiya və koalisiyaların nümayəndələri 240 yer uğrunda mübarizə aparıblar.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »