Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhriyar Məmmədyarov Kasparova yenə qalib gəlib
Şəhriyar Məmmədyarov

Blits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.

Apasport.az saytının məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha 9 turun görüşlərini keçirib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün 6 xal toplayıb. O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib.

Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adını Maksim Vaşye Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb.

Blits

X tur. Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

XI tur. Yan Nepomnyaşi (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1

XII tur. Şəhriyar Məmmədyarov - Yorden Van Forest (Niderland) – 1:0

XIII tur. Aleksandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1

XIV tur. Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa) – 1:0

XV tur. Harri Kasparov (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1

XVI tur. Şəhriyar Məmmədyarov - Anton Korobov (Ukrayna) – 0:1

XVII tur. Şəhriyar Məmmədyarov - Vişvanatan Anand (Hindistan) – 0,5:0,5

XVIII tur. Aniş Qiri (Niderland) - Şəhriyar Məmmədyarov – 1:0

Turnir cədvəli: 1. Maksim Vaşye-Laqrav (Fransa) - 23, 2. Vişvinatan Anand (Hindistan) – 21, 3. Aniş Qiri (Niderland) - 20,5, ...6. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 19.

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »