Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA Avropa çempionatında iştirakçı sayını yenidən artırmaq istəyir
UEFA logo

UEFA Avropa çempionatının iştirakçı ölkə sayını 24-dən 32-yə genişləndirmək məsələsini nəzərdən keçirir.

"Report"un məlumatına görə, formata yenidən baxılma AVRO-2028-nin ev sahibinin müəyyənləşdirilmə prosesinin gedişinə uyğun aparılır. Qərar 2023-cü ilin sonunadək qəbul edilməlidir.

Komanda sayının artımına qərar verilsə, UEFA Millətlər Liqasını populyarlaşdıra və bu turnir yekunda Avropa çempionatının seçmə mərhələsini əvəzləyə bilər.

Mümkün artıma səbəb həm də final mərhələsinin formatının sadələşdirilməsidir. AVRO-2016-dan başlayaraq, 1/8 finala qruplarda 3-cü yeri tutan 4 ən yaxşı komanda da qatılır. Lakin belə bir formatda bəzi komandalar növbəti mərhələyə yüksəlib-yüksəlmədiklərini bilmək üçün qrup mərhələsinin son oyunlarını gözləməli olurlar.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »