Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidin bacısı: “Mənim göz yaşıma dözməzdi, harada olsa, çağırsam, qaça-qaça gələrdi" - Video
Şəhid cənazəsi

İkinci Qarabağ Müharibəsində Azərbaycan minlərlə oğul itirdi. Onlardan biri də Gəncə şəhidi Orxan Bəkir oğlu Həsənovdur.

Orxan Həsənov 1991-ci ildə Gəncədə anadan olub. Atası Bəkir kişi də Azərbaycanın azadlığı uğrunda gedən mübarizələrdə qəhrəmancasına iştirak edib. 2009-cu ildə hərbi xidməti başa vuran Orxan, elə həmin il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağırılır və hərbi xidmətə gedir. MAXE hərbi qulluqçu olan Həsənov Orxan Bəkir oğlu 2014-2020-ci illərdə MN-nin müxtəlif hərbi hissələrində çavuş kimi xidmət edib.

Orxanın ailəsinin Bizimyol.info saytına verdiyi məlumata görə, hazırda şəhidin ailəsi kirayədə yaşayır: “Orxan ailə həyatı quranda bizimlə yaşayırdı. Aylin dünyaya gəldikdən sonra kirayə çıxdılar. Evimiz balaca idi. Sonra ikinci qızı dünyaya gəldi. Nə qədər çətin olsa da, hazırda gəlin iki uşaqla kirayədə yaşayır”.

Orxanın bacısı danışır ki, o qorxmaz, cəsur oğul olub. Evin sonbeşiyi olsa da, hər zaman bacısı ilə maraqlanırmış:

“Mənim göz yaşıma dözməzdi. Harada olsa, çağırsam, qaça-qaça gələrdi. Ancaq hamımızı gözü yaşlı qoyub getdi. İnanın bizim üçün çox çətindi. Qardaş itirmək, oğul itirmək böyük dərddir”.

Qeyd edək ki, Orxan xidmət dövründə bir sıra təltiflərə layiq görülüb. Belə ki, o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli  Sərəncamı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubiley medalı” ilə təltif edilib.

Vətən Müharibəsinin başladığı ilk gündən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib; Murovdağ zirvəsi, Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə vuruşub.

Orxanın bacısının sözlərinə görə, o əvvəlcə Goranboyda xidmət etsə də, soradan onu Gəncəyə, sonra isə Murova göndərirlər. Və o 2020-ci il oktyabrın 16-da döyüşlərin birindən qayıdarkən avtomobil atəşə tutulur. Orxan və bir neçə nəfər şəhid olur. Oktaybrın 19 -da Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunur. Ölümündən sonra Orxan Həsənov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »