Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Torpaqları qurudub Mehrini Türkiyəyə verəcəklər” – Ermənistanda etiraz
Zəngəzurun Mehri şəhəri

Zəngəzurun Mehri rayonu ətrafında qalmaqallar davam edir.

Bu dəfə suvarma problemləri siyasi qalmaqala çevrilib. Hazırda bu ərazilərdə yaşayanlar bütün problemlərdəhəm Azərbaycanın, həm də və xüsusən də Türkiyənin əlini axtarırlar.

Bizimyol.indo xəbər verir ki, Ermənistanda “Şvanidzor” adlandırılan Astazur və ətraf kəndlərin sakinləri etiraz aksiyası təşkil ediblər. Onlar yerli mətbuata bildiriblər ki, bu icmalar 20 gündür susuz qalıblar, onların əkin sahələri üçün suvarma suyunun verilməsi dayandırılıb.

Su istifadəçiləri cəmiyyətinin Zəngəzur regional idarəsinin rəhbəri kəndlilərin 2 gün ərzində su ilə təmin olunacaqlarını deyib. Etirazçılar isə su olmayacağı təqdirdə dövlətlərarası magistral yolu bağlayacaqları ilə hədələyiblər.

Etirazçıların sözlərinə görə ətraf regionlarda imkanlı adamların torpaq sahələrinə su verilir. Amma Mehri ərazisinə suyun verilməsi dayandırılıb. Ona görə də sakinlər hesab edirlər ki, bu, məqsədli şəkildə edilir. Onların fikrincə, bu yolla əhalinin ərazidən çıxarmaq istəyirlər. Daha sonra burada Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəhliz açılacaq. “Mehri dəhlizini açmağın ən asan yolu insanların buradan çıxıb getməsidir. Sonradan bu əraziləri Türkiyəyə təhvil vermək üçün torpaqları qurudurlar”,- deyə etirazçıların nümayəndəsi yerli mətbuata bildirib.

Qeyd edək ki, Ertmənistan hakimiyyəti 10 noyabr bəyanatı ilə Mehri dəhlizinin açılmasına dair öhdəlik götürüb. Sonradan bu öhdəlikdən yayınmaq cəhdləri olsa da, Azərbaycan və Türkiyə bütün öhdəliklərə əməl olunmasında israrlıdır. Ermənistanda yayılmış geniş fikir bundan ibarətdir ki, Mehri dəhlizi sadəcə, bir nəqliyyat yolu olmayacaq, bu ərazilər birbaşa Azərbaycan və Türkiyənin nəzarətinə veriləcək.

Bu dəhliz regionda tam yeni iqtisadi mənzərənin yaranmasına gətirib çıxaracaq. Bunun sayəsində Türkiyə Orta Asiyaya birbaşa çıxış qazanacaq. Həmçinin sürətlə inkişaf etməkdə olan Çin də bu dəhlizin imkanlarından istifadə edəcək.

Reallıq budur ki, bu dəhlizin açılmasından ən çox qazanan tərəf Ermənistan olacaq. Amma həmişə olduğu kimi bu dəfə də bu ölkədə bəzi qüvvələr dinc inkişaf yolundan imtina etməyə tərəfdardır.

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
››› Azərbaycan Ordusunun əsgəri həlak olub
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
Son xəbərlər
Bütün xəbərlər »