Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əhali Ermənistandan qaçacaq, pensiyaçılar və Paşinyan qalacaq” - Kolerov
İrəvanda Respublika meydanında mitinq

“İrəvan başa düşməlidir: Ermənistan üçün Rusiya ilə ittifaq dövlət olaraq yaşamaq üçün yeganə yoldur”,- deyə anti-Azərbaycan mövqeyi ilə seçilən “Regnum” xəbər agentliyinin baş redaktoru Modest Kolerov deyib.

Bizimyol.info xəbər verir ki, Kolerovun fikrincə, Rusiya Qafqazda güc tarazlığını qorumalıdır: "Hazırda bu regionda güc nisbətinin pozulması bir Qafqaz dövləti olaraq Rusiyanı təhdid edir. Paşinyan Rusiya ilə yaxınlaşmadan hakimiyyəti qorumağa çalışır. Ermənistan Qarabağda təslim oldu, onu qorumaq üçün lazımi qədər səy göstərmədi və indi Ermənistan Azərbaycanla sərhədlərini belə qorumur, bunu istəmir.

İndi sərhəddə vəziyyəti Azərbaycan tərəfi diktə edir və Ermənistan özünü müdafiə etmir. Ermənistan Rusiyanın Azərbaycanla sərhədini qorumasını istəyir, lakin sərhəd dəqiqləşməyib. Ermənistan Rusiyanın sərhəd quracağını, delimitasiya, demarkasiya edəcəyini və ümumiyyətlə, hər şeyi edəcəyini düşünür.

Dağlıq Qarabağ olmadan Ermənistanın strateji, geosiyasi çəkisi sıfıra yaxındır. Ermənistanda genişmiqyaslı əhali azalmasının başlaya biləcəyini gözləmək olar. Pensiyaçılar və dövlət işçiləri qalacaq. Mən Ermənistanda yalnız pensiyaçılar və Paşinyanın qala biləcəyi bir vəziyyəti də mümkün sayıram...

Müasir Ermənistan özünü müdafiə edə bilmir. Dövlətçiliyin qorunmasına belə zəmanət verə bilməz. Gürcüstan, Türkiyə və Azərbaycan arasında birgə hərbi təlimlərə dair razılaşma diqqətimi çəkdi. Ermənistanda kimsə birdən-birə Gürcüstanın müttəfiqi və ya yaxşı qonşu olduğunu düşünürsə, bu təlimlər onu tamamilə fikrindən daşındırmalıdır”.

Bütün bunlardan çıxış edən Kolerev hətta Ermənistana praktik olaraq Rusiyanın bir hissəsi olmağı təklif edib: “Özünü, ərazisini qorumaq üçün Ermənistanın Rusiya ilə ittifaq dövləti qurması lazımdır. Ermənistanın buna ehtiyacı var...

Ancaq indi Rusiyadan kömək almaq məcburiyyətində qalan, anti-Rusiya proqramı üzərində hakimiyyətə gələn bir adamın rəhbərlik etdiyi Ermənistan daim kobud və təxribatçı replikalarla Rusiyaya sataşır: ya “İskəndər” haqqında, ya da başqa bir mövzuda...

Rusiyada Paşinyana etimad olmayıb, olmayacaq da. O, heç bir tarixi qərar verməyəcək. Eyni zamanda, Rusiyanın əvəzinə Fransanın timsalında strateji müttəfiq tapacağına ümid bəsləyir. Moskvada Ermənistanı izləyənlər bunu yaxşı başa düşürlər”.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »