Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin yeni sualtı gəmiləri Yunanıstanı qorxuya saldı
Rəcəb Tayyib Ərdoğan

Yunanıstan ilin əvvəlindən ordusunu gücləndirməyə başlayıb. Avropa ölkəsi bir çox qırıcı təyyarələr alıb. Buna baxmayaraq, yunanlar Türkiyənin güclənməsini heç istəmir. Çünki Yunanıstanın düşmən saydığı ölkə gücünə güc qatır. Bu ölkənin ekspertləri proqnoz edirlər ki, tez-gec Türkiyə ilə hərbi toqquşma qaçılmaz olacaq və indiki vəziyyətdə Yunanıstanın beülə bir qarşıdurmaya tab gətirmək gücü yoxdur.

Bizimyol.info xəbər verir ki, Türkiyənin yeni sualtı gəmilər alması Yunanıstanı qəzəbləndirib. Afina Ankaranın güclənməsinə etiraz edib. Yunanıstan iqtidarı ciddi narahatlıq içində olduğunu gizlədə bilməyib. Türkiyə Almaniyadan bir neçə sualtı gəmi alıb. Yunanıstan mətbuatında bununla bağlı yazılar yer alıb. Yazılarda “Yunanıstanın ən son görmək istəyəcəyi şey Türkiyə donanmasının güclənməsidir” ifadəsi əksini tapıb. Məlum olur ki, Afina Berlindən qonşusuna sualtı gəmilər satmamağı istəyib. Məqalələrdən birində Yunanıstanın hadisələri həyəcanla izlədiyi qeyd olunub.

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın Almaniyanın Türkiyəyə sualtı gəmilər satmasını dayandırmaq tələbini dilə gətirdiyi bildirilir. Lakin Berlinin tələbə əhəmiyyət vermədiyi məlumdur. Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer tələbin yersiz olduğunu deyib. Berlin Ankara ilə əməkdaşlığın əhəmiyyətini anladığını ortaya qoyub.

Yunanıstanı daha çox Türkiyənin Aralıq dənizində donanmasını daha güclü hala gətirməsi narahat edir. Çünki məhz bu su hövzəsində tərəflər son illər dəfələrlə baş-başa gəlib. Türkiyənin dənizdə kəşfiyyat işləri Yunanıstanı çox özündən çıxarır. Üstəlik, donanmanın güclənməsi Afinanı yerindən etməyə bilməz.

Yunanıstan jurnalisti Filip Xrisopulos “Greek Reporter”dəki yazısında baş verənlərlə bağlı ölkə rəhbərliyinin gərginlik yaşadığını vurğulayıb. O, Almaniyanın Türkiyəni dəstəklədiyini, əməkdaşlıqda maraqlı olduğunu yazıb.

Yunanıstan mətbuatında U-214 sualtı gəmilərinin özəlliklərindən geniş söz açılıb. Gəminin üstünlüklərindən biri suyun altında həftələrlə qala bilmək bacarığıdır. Bundan başqa, U-214 səssiz irəliləyə bilir. Xrisopulos yazısında Türkiyə donanmasının heç vaxt olmadığı qədər gücləndiyini qeyd edib. Jurnalist yazıb ki, proses dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın birbaşa nəzarətindədir. Məhz Prezident Almaniyada yeni nəsil sualtı gəmilərin alınmasının təşəbbüskarı olub.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »