Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Türkiyə Fələstinə dəstəyini davam etdirəcək"
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Fələstində daxili barışıq müddətini dəstəkləməyə davam edəcək.

  • APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin İstanbulda Türkiyə və Fələstin Dövlətinin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Mahmud Abbas arasında keçirilmiş danışıqlarla bağlı yaydığı açıqlamada deyilir.

“Prezident Ərdoğan Türkiyənin Fələstindəki daxili barışıq prosesini dəstəkləməyə davam edəcəyini bildirib. O, ikitərəfli münasibətlərin iqtisadiyyat və ticarətdən tutmuş mədəniyyət, təhsil və turizmə qədər bütün sahələrdə müşahidə olunan müsbət inkişafdan məmnunluğunu dilə gətirib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Mahmud Abbas arasında dar formatda baş tutan görüş 1 saat 15 dəqiqə davam edib, görüşün ardından nümayəndə heyətlərinin iştirakı ilə dialoq keçirilib. Geniştərkibli formatda keçən danışıqlar 1 saat 10 dəqiqə çəkib.

Türkiyə tərəfindən müzakirələrdə xarici işlər naziri Mövlud Çavuşoğlu, rabitə idarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »