Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Laçın dəhlizindən keçən sonuncu erməni...
Laçın dəhlizi

Bu gün İkinci Qarabağ müharibəsinin bitməsinin 8 ayı tamam oldu. Müharibənin dayandırılması xəbərini bir gün əvvəl Şuşa zəfərinin sevinci kimi qarşılamasaq da, hər kəsin sinəsi qabarmışdı, başı dik idi -biz düşmən üzərində böyük qələbə qazanmışdıq. Həm də fikirləşirdik ki, düşmən məğlubiyyətdən sonra Qarabağda qalmaz, köçüb gedər.

Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları qaçan erməniləri geri qaytara bildi və bu gün də ermənilərin rahatlaması üçün əlindən gələni edir, Fransa prezidentinə də müraciət edir ki, humanitar yardım etsin, maliyyə ayırsın. Nə isə.., erməninin Qarabağda sayı azalıb lap minimuma düşsə də, Rusiya min bir bəhanə ilə, hələ rəsmi şəkildə Azərbaycanın Xankəndi və ətrafına nəzarət etməsini istəmir, çünki bilir ki, bu gün bir ayağı qaçaq olan erməni sabah Azərbaycanın rəsmi tabeliyində, ərazisində yaşamayacaq. Erməni yoxdursa, Rusiya da Qarabağda olmayacaq.

Bu gün Qarabağ ətrafında, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verənlər ona dəlalət edir ki, düşmən hansı yolla olur-olsun Rusiyanın Qarabağda qalmasına çalışır. Qarabağ iqtisadi zonası haqqında verilən Fərman sıravi Qarabağ ermənisini də, Ermənistan siyasilərini, separatçı liderləri də təşvişə salıb. Onlar bu barədə maksimum çalışırlar ki, danışmasınlar, reaksiya verməsinlər, bu Fərmanı müzakirə predmetinə çevirməsinlər, amma hər halda danışan, deyinən ermənilər də az deyil. Hamısının da son sözü belədir: Azərbaycanın tərkibində istənilən statusla yaşaya bilmərik, belə olarsa sonuncu erməniyə kimi buradan çıxıb gedəcəyik. Gedin...

Səkkiz ay ərzində Xankəndi və ətrafı ilə bağlı yalnız bircə dəfə rəsmi mövqe bildirildi. Təsiri hiss olunur. Deməli, davamı gəlməlidir. Erməni güllə atılmadan da Qarabağdan gedə bilər. O baxır bizim necə diplomatiya aparmağımıza. Biz nə etməliyik?

Bu gündən etibarən dörd il dörd ay tamam olanda Rusiyadan tələb edə biləcəyikmi ki, missiyanızın müddəti başa çatdı, hərbiçilərini Qarabağdan çıxar? Yoxsa “Arşın mal alan”ın Əsgər bəyi demiş:” bu dünya, elə belə gəlib, belə də gedəcək?”. Getməyəcək.., amma, bu daha çox bizdən -Azərbaycandan asılıdır. Əgər erməni Ağdamın Əliağalı kəndinə atəş açırsa, deməli yenə də atacaq. Narahat edən odur ki, az qala 30 il adət etdiyimiz- ”düşmən cavab atəşi ilə susdurulmuşdur” xəbəri yenidən zəhlətökən faktora çevrilsin. İndi bir güllə atmadan, sözlə, torpaqlarımızdan düşmən çıxıb gedə bilər. Biz artıq sülhməramlıya irad bildirməklə işimizi bitmiş hesab etməməliyik. Sülhməramlının sahibi Rusiya dövlətidir, bu dövlətə deməliyik ki, imzanıza hörmət edin, 10 noyabr bəyanatına əsasən erməni silahlı birləşmələrini çıxarmalıydınız. 8 ay yetərli müddətdir, çıxarın 18 min nəfərlik ordunu Azərbaycan torpaqlarından. Neçə ki, bu ordu Qarabağda olacaq, təmas xəttinə yaxın bütün obyektlər, evlər, insanlar atəşə məruz qalacaqlar. Bunu da vətəndaşlar görür və fikirləşirlər ki, təhlükəsiz olmayan yerə necə köçsünlər?

Düşmənin xisləti, məkri bəllidir. Bunlar o qədər abırsızdırlar ki, bu gün İrəvanda Laçına (?!) qayıtmaq üçün mitinq keçiriblər. Haradandır onlarda yaranan bu ümid ki, hətta Laçına qayıtmaq istəyirlər? Rusiyanın vədləri öndə gəlsə də, həm də bizim konkret fəaliyyətimizin olmaması onları ürəkləndirir. “Rusiya Qarabağa uzun müddətə gəlib” deyən rusiyalı politoloqların səsini biryolluq kəsmək ona görə lazımdır ki, onların fikirləri Qarabağ ermənilərini ruhlandırır, qeyri-müəyyənlikdən çıxarır, statusdan danışırlar. Deməli, “ Qarabağ iqtisadi zonası”ndan başlanan rəsmi mövqelərin ardıcıl olaraq səslənməsi və əməli fəaliyyətə keçid hərb yolundan daha effektli ola bilər.

Müharibənin bitməsinin 8 ayının tamamında ermənilər Laçına qayıtmaq mitinqi keçirirlər, biz isə Laçına qayıtmaq üçün hələ yeni dəhlizin açılışını gözləyirik. Bizə yeni dəhliz yox, birinci “Laçın dəhlizi”ndən sonuncu ermənini yola salmaq lazımdır.(moderator)

Ilham Ismayıl İlham İsmayıl
Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »