Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya, Türkiyə, Pakistan, Azərbaycan arasında hərbi-siyasi birlik formalaşacaq”
İlham Əliyev, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan

Bu günlərdə Rusiyanın Pakistan və Azərbaycana qucaq açması, onları KTMT nəzdində hər hansı bir statusla görmək istəməsi dostluq jestindən çox, öz təhlükəsizliyini təmin etmək, güclənmiş Azərbaycanı, Pakistanı və nəhayət, Türkiyəni neytrallaşdırmaq istəyinə daha çox bənzəyir.

KTMT-yə hər hansı bir formada qoşulmağın bizə, Azərbaycan-Türkiyə münasibətlərinə mənfi və müsbət təsirləri barədə Bizimyol.info-nun suallarını siyasi şərhçi Turab Rzayev cavablandırır:

Turab Rzayev Turab Rzayev

Turab Rzayev hesab edir ki, KTMT-yə Azərbaycanın qoşulması real deyil.

“Bunu hansısa bir KTMT rəsmisi deyir , o bu quruma həm də Pakistanın qoşulmasını istəyir. Əsas məsələ bölgənin geosiyasi reallığının dəyişməsidir. ABŞ Əfqanıstandan və Mərkəzi Asiyadan çəkilir. Onun rolunu bu bölgədə Pakistan və Macarıstanla birlikdə Türkiyə üstlənəcək. Hesab edirəm ki, Azərbaycan da burada aktiv iştirak edəcək. Şuşa Bəyannaməsindən sonra Azərbaycanın Türkiyə əleyhinə hansısa bir qrupda olması mümkün deyil. Ola bilsin, Rusiya rəsmiləri əvvəllər olduğu kimi bizi yenə dəvət edəcəklər (Əvvəllər Gömrük İttifaqına, Avrasiya İttifaqına dəvət edirdi).

İndi Pakistanla birlikdə dəvət etməklə düşünürəm ki, Azərbaycan əleyhinə hansısa bir presedent yarada bilməz. Rusiya Turan Şurasına və İslam Əməkdaşlqı Şurasına müşahidəçi kimi qatılmaq istəyir, bu Rusiyanı türk ölkəsi edəcəkmi? Yox. Mən bu prosesin gələcəyini fərqli görürəm. Görürəm ki, Türkiyə, Pakistan, Azərbaycan arasında hərbi siyasi birlik formalaşacaq. KTMT ilə bağlı Pakistanın adı Azərbaycanla bir çəkilir, biz KTMT çərçivəsində yox, fərqli formatda Rusiyanı da qoşmaqla əməkdaşlıq etməliyik, bizim yerləşdiyimiz coğrafi məkan bunu tələb edir. Necə ki, biz Aİ-nin Şərq Tərəfdaşlığl proqramını qəbul etməyib öz şərtlərimizi qoyduq, fəqrli şərtlər daxilində Yaxın Şərqdə və Orta Asiyada əməkdaşlıq edə bilərik. Hesab edirəm ki, bölgənin təhlükəsizliyi naminə tezliklə Türkiyə, Rusiya, Azərbaycan və Pakistan İttifaqı yaradılacaq”.

İlhamə Rəsulova

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »