Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etiraz: Azərbaycanda qədim məzarlığı dağıdıb məktəb tikirlər
Qrız kəndi, Quba, Azərbaycan

Azərbaycanın ən qədim yaşayış məskənlərindən sayılan Qubanın Qrız kəndində modul tipli yeni məktəbin bünövrəsi qoyulur. Amma hadisə qalmaqalla nəticələnib.

Bizimyol.info xəbər verir ki, məktəbin özülü qədim qəbirlərin yer aldığı ərazidə atılıb. Qazıntı zamanı Qafqaz Albaniyasının, ilkin İslam dövrünün bir çox məzar nümunələri ortaya çıxıb. İşi həyata keçirənlər buna əhəmiyyət verməyib. Bir sıra qədim qəbirlər dağıdılıb. Məsələ kənd camaatının böyük narazılığına səbəb olub. Bundan sonra işin dayandırıldığı bildirilir.

Alpinist Toğrul Cəfərov hələ qazıntı aparılan zaman hadisə yerində olub. O, qəbirlərin necə sıradan çıxarıldığını görüb. Məsələ müəyyən qədər ictimailəşib. Kənd camaatının etirazı işin dayanmasıyla nəticələnib.

Toğrul Cəfərov Toğrul Cəfərov

Fotolardan qazıntı yerlərində qədim qəbir nümunələri gözə dəyir. Alpinistlərin dediyinə görə, həmin ərazidə gil qablar da tapılıb. Qazıntının qədim nümunələrə zərər vurduğu şübhəsizdir.

Qrız kənd sakinlərindən aldığımız məlumata görə, bütün yerli qurumlara məlumat verilib. Onlar bu şərtlər altında tikintinin aparılmasına imkan verməyəcəklərini deyib. Buna baxmayaraq, tikintini həyata keçirən briqada ərazini hələ də tərk etməyib.

Alpinistlər qazıntı yerində daş qutu qəbirlərə rast gəlib. Bu isə həmin məzarların tarixinin eramızdan əvvələ gedib çıxması deməkdir.

Məsələyə görə narahtlıq keçirən bir sıra sosial şəbəkə fəalı Təhsil naziri Emin Əmrullayevə müraciət edib. Onlar həmin ərazidə tikintinin birdəfəlik dayandırılmasını istəyirlər.

Emin Əmrullayev Emin Əmrullayev

Tikintini aparan briqada, ümumiyyətlə, ideyanın tərəfdarları Qrızın əksər hissəsində qədim qəbirlərin olmasını bəhanə gətirir. Amma kənd camaatı məktəb inşası üçün mütəxəssis araşdırması aparılmalı olduğunu, uyğun yer tapmağın mümkünlüyünü önə çəkir.

Qrızda 9 illik məktəb fəaliyyət göstərir. Qəzalı vəziyyətdə olan bina 1936-cı ildə tikilib. Tikili əvvəlcə sovxozun mədəniyyət mərkəzinə, sonra məktəbə verilib.

Qrız toponiminə yazılı mənbələrdə ilk dəfə 10-cu əsrdə rast gəlinir. Amma burada hələ eramızdan əvvəl yaşayış olduğu ehtimal edilir. Kənddəki tamamilə dağılmaqda olan Əbu Müslim məscidinin 8-ci əsrdə tikildiyi bildirilir.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »