Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson Britaniyanın Əfqanıstandakı hərbi varlığının başa çatdığını açıqlayıb
Boris Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson ingilis hərbçilərin əksəriyyətinin Əfqanıstandan çıxarıldığını və Britaniyanın adıçəkilən ölkədəki 20 illik hərbi varlığının başa çatdığını bəyan edib.

APA-nın xəbərinə görə, Baş nazir Əfqanıstandakı 750 hərbçinin əksəriyyətinin ölkəyə geri qayıtdığını bildirib.

“Əfqanıstandakı beynəlxalq hərbi baza heç vaxt qalıcı xarakter daşımırdı. Biz və NATO müttəfiqləri hər zaman qüvvələrimizi geri çəkməyə hazırlaşırdıq. Yeganə sual bunun nə vaxt olacağı idi və indi bunun üçün ən mükəmməl andır”, - deyə Baş nazir qeyd edib.

Boris Conson vurğulayıb ki, Britaniya Əfqanıstanın inkişafı üçün 100 milyon, milli təhlükəsizlik və müdafiəsi üçün isə 58 milyon funt-sterlinq ayırıb.

Baş nazir onu da qeyd edib ki, “Taliban” hərəkatı son illərdə Əfqanıstanın çox əhəmiyyətli bir hissəsinə nəzarət edib, lakin Britaniya taliblərin bu dövrdə digər dünya ölkələrinə qarşı terror əməliyyatlarını başlatdığına şahidlik etməyib.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »