Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya Azərbaycanı KTMT-yə qoşmaq üçün əlindən gələni edir”
Kreml, Moskva, Rusiya

Bu günlərdə Azərbaycan və Pakistanın Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi üzv qismində dəvət olunması müzakirə mövzusudur.

Təbii ki, bu təklifin arxasındakı Rusiya məkrini hiss etməmək üçün çox saf olmaq lazımdır. Rusiya həmişəki kimi “parçala, hökm et” siyasətini bu dəfə yumşaq dəvət formatında davam etdirməyi hədəfləyir. Türkiyə ilə qardaşlıq münasibətlərimizin üzərinə soyuq duş effekti vermək də gizlənə bilər bu dəvətin ardında. Bir çox soydaşlarımız hesab edir ki, bu quruma istənilən statusla qoşulması Rusiyanın Qarabağda möhkəmlənməsinə xidmət edən addımdır. Bu, ölkəmizi sivil dünyadan təcrid edəcək, Rusiyanın orbitindən çıxa bilməyəcəyik.

Öncə onu qeyd edək ki, KTMT-yə tamhüquqlu üzv olmağımız mümkün deyil. Ermənistanla birlikdə hansısa qurumda təmsil olunmağımız üçün əvvəlcə tərəflər arasında problem, o cümlədən sərhəd məsələləri həll olunmalıdır.

Bəsi ekspertlər hesab edirlər ki, KTMT-də müşahidəçilik Qarabağda Ermənistanın silahlı birləşmələrinin ləğvini və Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq. Amma bu da var ki, Azərbaycan bu təşkilata yaxınlaşması NATO və Qərblə əlaqələrə pis təsir edəcək.

KTMT-yə hər hansı bir formada qoşulmağın bizə mənfi və müsbət təsirləri nələr olacaq, bu münasibətlər Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilərmi? Bizimyol.info-nun bu suallarını cavablandıran siyasi şərhçi Əhməd Əlili bildirib ki, Azərbaycan heç vaxt KTMT-yə qoşulmaq istəməyib. Lakin Azərbaycan xarici siyasəti balanslar üzərində qurulmuş siyasətdir.

Əhməd Əlili Əhməd Əlili

“Ona görə uzun müddət gözlənilirdi ki, Azərbaycan Qərb ölkələri və Aİ ilə bir sıra strateji sənədlər imzaladıqdan sonra, Rusiya ilə pozulmuş balansı qorumaq üçün hansısa jest edə bilər, buna hazırlıq gedirdi. Və KTMT də buna hazır görünürdü. KTMT-də müşahidəçi ölkə statusu yaradıldı və hamıya bəlli idi ki, bu Azərbaycan üçün yaradılıb. Amma Azərbaycan müşahidəçi qismində belə daxil olmadı. İndi isə Azərbaycanı hər hansı bir formada daxil etmək üçün son Düşənbə sammitində KTMT -yə Partnyor ölkə adlı bir qurum yaradılır. Bu qurumun tam statusu, fəaliyyət növü bəlli deyil. Amma hesab edirəm ki, araşdırmaçı statuslu təsisat ola bilər ki, orada bir qisim ölkələr təmsil olunsun. Yəni KTMT və xüsusən Rusiya əlindən gələni edir ki, yumşaq forma yaratsın, Azərbaycan – KTMT arasında hansısa bir bağ yaransın. Rusiya bura Pakistanı da dəvət etmək istəyir və Mərkəzi Asiya ölkələrində baş verən hadisələr kontekstində bu Rusiya üçün vacibdir. Pakistanla əməkdaşlıq Rusiya üçün həyati dərəcədə əhəmiyyətlidir. Azərbaycanın araşdırma qurumlarından birinin üzvü olması KTMT üzvü olması demək deyil. Bu Şuşa Bəyannaməsinin imzalanmasından sonra Rusiyadakı anti-Azərbaycan qüvvələrinin arqumentlərini zəiflətmək üçün lazımdır. Rusiyanı Azərbaycandan arxayın etmək üçün belə bir addımın atılmasına ehtiyac var idi və hesab edirəm ki, bu baş verəcək.

O ki qaldı Azərbaycanın KTMT-yə qoşulmasının Azərbaycan-Türkiyə münasibətlərinə təsiri məsələsinə. Yenə qeyd edirəm ki, biz mümkün qədər yumşaq formada bunu etməyə çalışırıq. Azərbaycan bir tərfdən də Qoşulmama Hərəkatının üzvüdür. Ona görə bizim KTMT-yə qoşulmamız institusional olaraq məhdudlaşdırılmış məqamdır. Türkiyə və Pakistan ilə əlaqələrimiz o qədər sıx və güclüdür ki, bu Azərbaycanın Rusiyaya tərəf sürüşməsinin qarşısını ala bilən əsas amildir”.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »