Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Covid pasportları ilə bağlı ciddi dialoqa ehtiyac var”
Koronavirus pasportu

Milli Məclisin bu gün keçirilən son iclasında çıxış edən deputat Nigar Arpadarai 2 məsələyə toxunub. O ilk növbədə şəhid və qazi ailələrinin sənədləşdirmə işlərində süründürməçiliklə rastlaşdığını, bürokratik səbəblərlə incidildiyini deyib.

“Bizə çoxsaylı müraciətlər daxil olurdu. Buna görə mən şəhid və qazi ailələri üçün vahid əlaqələndirmə mərkəzinin yaradılmasını alqışalyıram. Bu yerində verilmiş qərardır. Səyyar xidmətin təşkil olunması çox önəmli məqamdır”,- deyə deputat bildirib.

Nigar Arpadarai Nigar Arpadarai

“İkinci məsələ covid pasportlarıyla bağlıdır. Hörmətli həmkarlar, mən covid pasportları ilə bağlı yaranmış vəziyyətə bir qədər laqeyd yanaşılmanı doğrusu, anlamıram. Covid pasportları belə görünür ki, uzun müddətli olaraq həyatımıza daxil olub. Lakin insanlar var ki, onlar bu pasportlara malik deyillər. Ya müəyyən xəstəlikləri var, ya da ümumiyyətlə, peyvənd olunmaq istəmirlər. İnsanlar anlamalıdırlar ki, covid pasportu ilə təmin olunmanın sağlamlıqdan əlavə hüquqi nəticələri var. Vaksinasiyadan keçməmiş adamlar sağlamlıq mərkəzlərinə və bir çox müəssisələrə daxil ola bilmirlər. Bu nə dərəcədə doğrudur? Hörmətli həmkarlar, heç şübhə yoxdur ki, dövlətin gördüyü tədbirlərin arxasında xeyirxah məqsədlər, insan sağlamlığı amili dayanır. Amma belə qərarlar əsaslandırmadan, icazə olmadan hamıya sərt qayda kimi tətbiq olunanda qarışıqlıq yaranır. İnsanlar gərəksiz qadağalarla üz-üzə qalırlar. Hesab edirəm ki, bu əsaslandırılmalı, müəssisələrdə məsul şəxslərə təlimat verilməlidir. Hesab edirəm ki, covid pasportları ilə bağlı ciddi dialoqa ehtiyac var və Operativ Qərargahı bu məsələni diqqətdə saxlamağa çağırıram”,- deyə o qeyd edib.

İlhamə

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »