Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid atasından Prezidentə müraciət: “İki oğlumun birini şəhid verdim, o biri də ədalətsizliyin şəhididir...”
Femida

Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində yaşayan İnqilab Məmmədovun iki oğlundan biri olan Novruz 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhid olub. O biri oğlu Röyal isə həbsdədir. İnqilab Məmmədov deyir ki, oğlu törətmədiyi cinayətə görə 18 il azadlıqdan məhrum edilib.

Bizimyol.info xəbər verir ki, şəhid atası bununla əlaqədar prezident İlham Əliyevə müraciət edib. Müraciətdə yazır ki, oğlu Röyal 2019-cu ildə Yardımlı rayonunun Ləzran kəndində yaşayan dostugilə qonaq gedib. Həmin vaxt kənddə it döyüşü təşkil olunub və Röyal da buna tamaşa edib. İt döyüşdürənlər arasında mübahisə yaranıb. Bir qədər sonra bu mübahisə əlbəyaxa davaya çevrilib, tərəflər bir-birinə xəsarət yetiriblər. Nəticədə kənd sakini Bəhruz İsgəndərov aldığı xəsarətdən dünyasını dəyişib. Röyal Məmmədov da bu ölüm hadisəsinə görə həbs olunub.

İnqilab Məmmədov vurğulayıb ki, Röyalın bu ölüm hadisəsində iştirakı, təqsirli olmasına dair cinayət işinin materiallarında heç bir sübut yoxdur: “Əlbəyaxa dava-dalaşda tərəflər bir-birinə qarşılıqlı xəsarətlər yetiriblər. Lakin nədənsə, ancaq mənim oğlum və bir tərəfdən adamlar cəzalandırılıb – 4 nəfərin hərəsinə 18-19 il həbs cəzası verilib. O biri tərəfdən isə heç kim məsuliyyətə cəlb olunmayıb. Niyə ancaq ölənə bıcaq xəsarəti yetirmiş Teymur Hüseynovun yaxınları məsuliyyətə cəlb olunur? Özü də hamısı əlbirliklə qəsdən adam öldürmə ittihamı ilə. Teymur Hüseynova da bıçaq xəsarəti yetirilib və bu faktın sübutu cinayət işinin materiallarında da var. Bəs ona xəsarəti kim yetirdi? Axı o da bu xəsarətdən ölə bilərdi. Onda da digər tərəfin hamısına 18-19 il iş veriləcəkdi?”

İnqilab Məmmədov qeyd edib ki, oğlu mərhum Bəhruz İsgəndərova nə xəsarət yetirib, nə də ona müqavimət göstərib: “Oğlumun vəkili bütün bu halları Şirvan Apellyasiya Məhkəməsində açıqladı. Lakin hakimlər işə obyektiv baxmağa çəkinirlər. Sanki bir hakimlər qorxur ki, əmələ düzgün hüquqi qiymət versələr, yəni prokurorluğun mövqeyindən fərqli davransalar, mütləq korrupsiyada şübhəli bilinərlər. Halbuki nəzərə almırlar, mən kasıb insanam, iki oğlum vardı, birini şəhid verdim, biri də qanunsuzluğun və ədalətsizliyin şəhididir.

Hardadır haqq-ədalət? Məgər ədalət mühakiməsi bu qədər kor olmalıdır? Mən övladımı nəyin uğrunda şəhid verdim? Ona görə ki, bizim haqqımız tapdansın? Mənim ailəm qanunsuzluğa, kimlərinsə sifarişi ilə işgəncəyə məruz qalsın?”

Prezidentə sonsuz inamı olduğunu vurğulayan şəhid atasının sözlərinə görə, onun apardığı islahatlar, xalqın firavanlığı istiqamətində atdığı addımlar göz önündədir. Amma məhkəmələr gerçək islahatlardan kənarda qalıb: “Təəssüf ki, məhkəmələr dövlətimizin, prezidentimizin üzünü ağ eləmir. Əksinə, vətəndaşları narazı salır. Halbuki, məhkəmə ədalətli və obyektiv olsa, xalqın dövlətinə, prezidentinə də inamı artar. Çünki məhkəmə qərarları, hökmləri dövlətin adından çıxarılır.

Vəkilimiz istər Lənkəran Ağır Cinayətlər Məhkəməsində, istərsə də Şirvan Apellyasiya Məhkəməsində işin obyektiv, hərtərəfli araşdırılması üçün çoxsaylı vəsatətlər qaldırdı. Amma hakimlər nəzərə almadı.

Mən haqq-ədalət istəyirəm, təqsirsiz gəncin 18 ilini dəmir barmaqlıqlar arxasında keçirməsi ilə barışa bilmərəm”.

Şirvan Apellyasiya Məhkəməsi də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Röyal Məmmədov haqqında hökmünü qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verilib: “Ümid edirəm ki, Ali Məhkəmə işə obyektiv baxıb, ədalətli qərar çıxaracaq, 44 günlük Vətən müharibəsində həyatını qurban verən şəhidin ailəsinə qarşı haqsızlığa son qoyulacaq”.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »