Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb mətbuatı: "Tərəflər Üçüncü Dünya Müharibəsinə hazırlıqlara başlayıblar"

Böyük Britaniya gəmilərinin Qara dənizdə görünməsi Rusiyanı xeyli qıcıqlandırmışdı. Onda Qərb mətbuatı Üçüncü Dünya Müharibəsi ehtimalından yazmağa başlamışdı. Çünki ingilislər Ukraynanı aşkar müdafiə etmək qərarına gəlmişdi. İndi Qərb mətbuatı diqqəti dəniz sularındakı başqa gərginliyə yönəldib.

Bizimyol.info xəbər verir ki, Rusiya ilə ABŞ yenə kəllə-kəlləyə gəlir. Qərb mətbuatı “Üçüncü Dünya Müharibəsini gözləyin” yazır.

Rusiyanın üç atom sualtı gəmisi Baltik dənizində güc nümayişinə başlayıb. Bu məqamda ABŞ Qara dənizdə NATO qüvvələri ilə təlimlər keçirir. Belə təəssürat var ki, tərəflər fəal müharibə hazırlığına start verib.

ABŞ-ın “Yuma” hərbi gəmisi Ukrayna, Böyük Britaniya, Fransa, Polşa, Gürcüstan, Seneqal, Cənubi Koreya, Pakistan, Yaponiya və Mərakeş də daxil olmaqla ümumilikdə 32 ölkənini iştirakıyla “Sea Breeze” təlimində iştirak edir. Birləşmiş Ştatların hərbi komandanlığı təlimdə bir neçə istiqamətin əhəmiyyət daşıdığını bildirib. Burada desant, manevr müharibələri, sualtı, axtarış-xilasedici əməliyyatları, hava hücumundan müdafiə sahələrinə diqqət ayrılacaq.

Moskva hərbi təlimə dərhal reaksiya verib. Kreml bildirib ki, belə davranış Qara dənizdə hərbi gərginliyi artırır. Rusiya atom sualtı gəmilərinin iyulun 25-nə qədər Baltik dənizində üzəcəyini açıqlayıb. Halbuki NATO-nun təlimi iyulun 10-da bitir.

Hərbi analitik Eyç Ay Satton Rusiyanın özünün hərbi gərginlikdə maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Kreml neçə illərdir Baltik dənizinin sularına atom sualtı gəmilərini buraxır: “Həmin dənizdə yalnız Rusiyanın gəmiləri gözə dəyir. Həm daxili, həm də xarici auditoriyaya güc nümayiş etdirirlər”.

Qərb mətbuatı iyunda Böyük Britaniya ilə Rusiya arasındakı gərginliyi xatırlatmağı unutmayıb. Onda ingilislərin “Defender”i Krım sahillərinə yaxınlaşmışdı. 8500 tonluq gəmi ən yüksək yexnoloji sistemlərlə təchiz olunmuşdu. Rusların daha kiçik gövdəli gəmisi ingilisləri hədələməyə başlamışdı. Rusiya hətta 20-yə yaxın hərbi təyyarəsini havaya qaldırmışdı. Təyyarələr “Defender”in başının üstünü almışdı. Amma "Defender" geri çəkilməyərək Ukrayndadan Gürcüstanın Batumi limanına qədər səfərini başa vurmuşdu. Bir neçə gün əvvəl isə Qara dənizdə ABŞ xəfiyyə təyyarələrinin peyda olduğu bildirilmişdi.

Bəlkə də Qərb mətbuatı Üçüncü Dünya Müharibəsi haqda danışmaqda tələsir. Amma etiraf etmək lazımdır ki, Kreml ilə Qərb arasında gərginlik son illərin ən yüksək həddinə çatıb. Müharibə başlasa, təəccüblənmək lazım deyil.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »