Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Əfqanıstandakı sülhməramlılarımızı geri çağırmağı təklif etdi
Azərbaycan ordusu

Milli Məclisin növbədənkənar sessiyasının son iclasında Əfqanıstanda yaranmış vəziyyətlə əlaqədar orda yerləşən sülhməramlı kontingentin geri çağırılması məsələsi qaldırılıb.

Bizimyol.info-nun parlament müxbirinin məlumatına görə, təklifi deputat Qüdrət Həsənquliyev səsləndirib.

Qüdrət Həsənquliyev Qüdrət Həsənquliyev

“Bildiyimiz kimi, bir çox ölkələr sülhməramlı kontingentini Əfqanıstandan çıxarır . Bunu Taliban istəyir. Artıq ABŞ, Almaniya öz qüvvələrini geri çəkib. Bu ölkənin xalqı sərt islami qaydalarla, orta əsrlərdəki kimi yaşamaq istəyir. Düzdür, bizdə də bunu istəyənlər var, amma azdır. Əfqanıstanda isə xalqın böyük əksəriyyəti bunu istəyir. Ona görə, Qərb geri çəkilib, onların müqəddəratını özlərinə tapşırdı. Bir xalq istəmirsə onu zorla müasirləşdirmək, demokratikləşdirmək, dəyişdirmək olmaz. Azərbaycanın Əfqanıstanda 120 nəfərlik sülhməramlı kontingenti var. Nə qədər gec deyil biz oradakı kontingentimizi çıxarmalıyıq”, - deyə deputat bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »