Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəngəzur Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir”
Zəngəzurdan görüntü (Gorus)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması gözləniləndən də çox effekt verəcək. Belə ki, bu mövzu Ermənistan və Rusiyada da əks- səda doğurub.

Tahir Kərimli Tahir Kərimli

Zəngəzur məsələsi bu gün Milli Məclisin növbədənkənar iclasında da müzakirə mövzusu oldu. Deputat Tahir Kərimli söz alaraq sosial şəbəkələrdə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının bir çoxları tərəfindən Ermənistana torpaq iddiası kimi yorumlanmasının qəti əleyhinə olduğunu bildirdi.

Deputat Fəzail Ağamalı isə əksinə düşündüyünü söyləyərək, bütöv Zəngəzura ərazi iddiası etməkdə haqlı olduğumuzu söylədi.

Fəzail Ağamalı Fəzail Ağamalı

“Biz gələcəkdə Zəngəzurun Şərqinin də, Qərbinin də Azərbaycana qaytarılmasını hədəfləməliyik və bizim gələcək nəsillərimiz buna nail olacaq. Zəngəzur Azərbaycanın tarixi torpağıdır. Bizim ora iddiamız var. 1921-ci ildə Zəngəzur bölünərək Ermənistana qeyri-qanuni olaraq verilib. Təkcı Zəngəzur deyil, İrəvan da, Dərələyəz də Azərbaycanın tarixi torpağıdır. Niyə Ermənistan heç öz ərazisi olmayan yerlərə iddia edir, böyük Ermənistan xülyasıyla yaşayır? Biz isə tarixi torpaqlarımıza iddia edəndə kimdən çəkinməliyik?! Kimsə desə iddia edirsən, yaxşı edirəm. Yaxşı edirik. Biz öz tarixi torpaqlarımıza iddialıyıq və bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir. Siyasi rəhbərlər deyə bilmirlər, müəyyən səbəblər olur. Amma biz cəmiyyət olaraq, media, ictimaiyyət bunu yaddaşımızda saxlamalıyıq”.

Fəzail Ağamalıdan sonra söz alan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deputatları çaşğın fikirlər yaymamağa çağırdı.

Fəzail İbrahimli Fəzail İbrahimli

“Türk dünyası arasında qırılan sərhədlər iqtisadi yolla bərpa ediləcək. "Tarixi bilmək lazımdır. Mən Zəngəzur o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə verilib. Burada əsas məsələ Azərbaycan torpağının Ermənistana verilməsi deyildi, türk xəttinin qırılması idi. Altay Qazaxıstndan alındı. Bu sonuncu xətti qırmaqla türk dünyasının xətti qırıldı. Ona görə də bu məsələ Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir. Çünki bu vahid türk xəttinin bərpası deməkdir”.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »