Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Gəncə ciddi sosial problemlə üzləşəcək
Bina - Mənzil -  Gəncə

Bu gün Milli Məclisin yaz sessiyasının son iclasında çıxış edən deputat Müşfiq Cəfərov təmsil etdiyi Gəncə şəhərinin sosial problemlərindən danışıb.

O qeyd edib ki, ölkənin ikinci böyük şəhəri olan Gəncədə bir zamanlar mövcud olan zavod və fabrikləriun işinin dayanması məşğulluqla bağlı ciddi problemlər yaradıb: Gəncənin məşğulluq probleminin həlli istiqamətində əməli addımlar atılmasa, Nizami yurdu ölkəmizin həyatındakı vacib rolunu itirmə təhlükəsi qarşısında qalacaq. Bu gün Gəncədə 3 universitet, 3 kollec, 3 peşə liseyi, 45 məktəb fəaliyyət göstərir. Gəncə Azərbaycanın ikinci şəhəri və elm, sənaye mərkəzidir. Buna baxmayaraq, bu gün Gəncədə ciddi sosial- iqtisadi problemlər var, iqtisadi durğunluq hökm sürür. Əgər problemlərim həlli istiqamətdə addımlar atılmasa, Gəncə ciddi sosial problemlə üzləşəcək.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Bir zamanlar Gəncədə insanlar Avtomobil zavodu, Büllur zavodu, Xalça zavodu, Çini qabların Emalı zavodu , Yerli sənaye kombinatı; Keçə zavodu; Ayaqqabı və Tikiş fabriki, Pambıq Əyirici Fabrik kimi müəssisələr fəaliyyət göstərib. İqtisadi fəallığı artımaq üçün böyük potensial var və bundan istifadə etmək lazımdır”- deyə deputat qeyd edib.

İlhamə

Paylaş »
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
››› Avqustun 2-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »