Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın bölgədə buraxdığı "saatlı bomba" yenidən işə düşür
NATO ordusu

"Əfqanıstanda vəziyyət hər keçən gün daha da ağırlaşmaqdadır. ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa başladıqdan sonra vəziyyət getdikcə mərkəzi hökumətin nəzarətindən çıxmağa başlayıb. Taliban silahlıları artıq Əfqanıstanın 14-artıq vilayətini nəzarətə götürüb və sürətlə irəliləməkdədir. Bu isə regionda vəziyyətin daha da ağırlaşacağından xəbər verir".

Bizimyol.info xəbər verir ki, bunu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

O qeyd edib ki, ABŞ-ın bölgədən çəkilsi və çəkilərkən buraxdığı "saatlı bomba" yenidən işə düşməyə başkayıb. Bu isə həm region ölkələri, həm də dünya üçün təhlükənin yenidən artması deməkdir: "ABŞ-dan sonra Əfqanıstanda vəziyyətin ağırlaşdığını görə Rusiya və Çin hərəkətə keçməyə başlayıb.

Son günlər Rusiyalı rəsmilərin dilindən gələn açıqlamalar və Talibanın siyasi qanadının Qətərdə yerləşən ofisinin rəhbəri Şahabuddin Dilavərin öz nümayəndə heyyəti ilə birgə Moskvaya dəvət edilib danışıqlar aparması vəziyyətin ciddiliyindən xəbər verir.

Moskva bir tərəfdən XİN başçısı Sergey Lavrov vasitəsi ilə öz narahatlığı rəsmi Vaşinqtona çatdırır, digər tərəfdən isə KTMT-yə üzv olan Tacikistana Əfqanıstanla sərhəddi ciddi nəzarətdə saxlamaq və xeyli sayda canlı qüvvə, silah-sursat və hərbi texnika yığmasını tapşırıb.

Özbəkistan və İran da həçminin öz təhlükəsizliyini təmin etmək məqsədi ilə sərhəddə qoşunlarının sayını artırmaqla vəziyyəti nəzarətdə saxlamağa çalışır. Görünən odur ki, region dövlətləri vəziyyətin nəzarətdən şıxmaması üçün ciddi çəhdlə çalışırlar. Çin də Əfqanıstandan özünə qarşı təhlükənin olma ehtimalını nəzərə almaqla təhlükəsizlik tədbirlərini gücləndirir.

Türkiyə ordusu Türkiyə Ordusu

Burada maraqlı olan isə Türkiyə məsələsidir. Yəni ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra Kabul hava limanına nəzarət edəcək Türkiyə Talibanla necə dil tapacaq? Türkiyənin Əfqanıstanda var olması regionda nəyi və necə dəyişə bilər? Region ölkələrinin Türkiyənin Əfqanıstanda olmasına reaksiyası nədən ibarət ola bilər?

Təbii ki, Əfqanıstanda sabitliyin qorunması regionun gələcəyi baxımından olduqca vacib əhəmiyyətə malikdir. Türkiyənin ABŞ və NATO qoşunlarına nisbətən hələlik kiçik heyətlə Əfqanıstanda varlığını davam etdirməsi riskli olduğu qədər də nəbz yoxlaması kimi də dəyərləndirmək olar. Təbii ki, hadisələrin gedişatı göstərə bilər ki, bundan sonra regionda hansı proseslər baş verə bilər. Türkiyənin NATO üzvü olaraq burada saxlanmasının digər önəmli əhəmiyyətindən biri də müsəlman dövləti olması və Talibanla dil tapmaq imkanlarının olması ilə əlaqədardır. Amma nəzərə almaq lazımdır ki, Talibanın İranla da əlaqələri mövcuddur.

Əgər Türkiyə qarşıdakı dövrdə Əfqanıstanda tapşırılmış missiyanı uğurla icra edərsə, bir neçə cəhətdən özü üçün uğur gətirə bilər.

-Əfqanıstan və regionda nüfuzu artar,

-Mərkəzi Asiyanın türk və qeyri-türk dövlətlərinə təsir imkanları artar, bununla paralel olaraq regiona maraqlı olan dövlətlərin regiona nəzarəti azala bilər.

-Regionda həyata keçrilmiş qlobal və regional layihələrdə Türkiyənin iştirakçılıq payı arta bilər.

Təbii ki, qarşıda sözügedən proseslərin baş verə bilməsi üçün uzun zaman mövcuddur".

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »