Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Covid pasportu istəyirsənmi? - Əlin cibində olsun...
Koronavirus pasportu

Koronavirus xəstəliyin tüğyan etdiyi, evdən çıxmağa həsrət qaldığımız vaxtlarda az qala dinli, dinsiz hamı dua edirdi ki, bu bəladan xilas olmaq üçün bir yol tapılsın.

1 ildən çox müddət keçdi və dünyaya bəyan edildi ki, “duanız qəbul olundu”. Artıq bu bəladan xilas olmağın yolu tapılıb və bu yalnız kütləvi vaksinasiyadır. Elə bunu eşidən kimi 1 il ərzində yaşadıqlarımızı, itirdiyimiz yaxınlarımı unudub, başladıq vaksini “sorğu-sual” etməyə. Kimisi çip qoyacaqlar, kimisi yaşlılara vurub qəsdən öldürəcəklər, kimisi insanları bununla idarə edəcəklər dedi.

Sonra gördük ki, bütün dünyada sürətlə vaksinlənmə prosesi gedir. Əhalisinin daha çox hissəsi vaksinlənən ölkələr əvvəlki həyatına geri dönür.

Amma bu da bizə bəs etmədi. Axırda gördülər ki, könüllü vaksin vurduranların sayı çox azdır və keçdilər bütün idarələrdə, müsəssisələrdə, idman zallarında və s. iş sektorunda işləyən şəxslərdən covid pasportu tələb etməyə. Hətta xalqın həssas yerini bilib, toylara, restoranlara girişi də pastortla etdilər.

Bu dəfə də başladıq beynimizi işlətməyə ki, pasportu haradan “ala” bilərik. Düşdük tibb müəssisələrinin canına ki, görək haradan daha ucuz tapa bilirik. Bunu görən işbazlar da 30 manatdan başladılar satmağa. Gördülər “hava-su” kimi alınır. Düşündülər ki, su da “od qiyməti”nə qalxıb. Biz niyə pasportun qiymətini qaldırmayaq? Nəhayət, qalxa-qalxa gəldi çıxdı qiymət 150-200 manata. Allaha şükür ki, hər dozaya yox, ikisinə birdən bu qədər pul tələb edirlər.

İndi də deyirlər ki, üçüncü doza vurulma məsələsi müzakirə edilir. Bunu eşidən, pul verib, passport alan camaatın canına yenidən vij-vijə düşüb ki, “yenə filan qədər pulu hardan tapaq”?

Kənardan durub baxdıqda görürük ki, həqiqətən halımıza ağlayan lazımdır. Bizi bu qədər saxta işlər görməyə, rüşvətə kimlər öyrədib? Dünyanın tərəddüdsüz vurdurduğu adi bir peyvənd üçün bu qədər düşünməyə, özümüzü, cibimizi cəngələ salmağa dəyərmi? Bu inamsızlıq yaradan elə dövlət qurumları özləri deyilmi?

İnsanlarda dövlət qurumlarına, məhkəməsinə, polisinə, tibbinə, səhiyyəsinə inamsızlıq yaradanların ucbatından 5 günlük ömrümüzü ölçüb-biçməklə keçirdirik.

Leyla Mirzə

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Prezident: "25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"
Son xəbərlər
Bütün xəbərlər »