Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peyvənd qorxusu canımıza haradan düşüb...
Vaksin - peyvənd

Sovetlər dövründən qalma peyvənd anlayışı bizə heç də yad deyil. Babalarımız, atalarımız, elə biz də doğulan kimi peyvəndlərlə tanış edilmişik. Növbə çatıb bizim övladlarımıza. Amma əvvəllər heç bir tərəddüd olmadan vurdurulan peyvəndlərə qarşı indi insanların yanaşması müxtəlifdir.

Hazırda ölkədə Belçika, Hollandiya, İndoneziya, Hindistan, Cənubi Koreya, Bolqarıstan, Britaniya Krallığının istehsalı olan vaksinlərdən istifadə edilir. Milli peyvənd təqviminə əsasən, uşaqlara peyvəndlər 0-6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vurulur. Azərbaycanda Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. Bu peynədlərin vurulma  vaxtı çatdıqda uşaqların qeydiyyatda olduğu poliklinikanın sahə həkimi valideyinə məlumat verir və poliklinikaya dəvət edir. Lakin bir çox valideynlərdə səbəbi məlum olmayan peyvənd xofu var. Bu xofu isə elə özümüz formalaşdırmışıq desək, yalan olmaz. Çünki valideynlərin əksəriyyətindən “uşağı niyə vaksin etdirmirsiniz?”- deyə soruşduqda, “hardasa oxudum ki, ziyandır”, “rəfiqəm dedi etdirmə” və s. kimi cavablar verirlər.

Lakin bir çox tibb işçilərinin, həkimlərin bu məsələyə münasibətini oxusaq, görərik ki, əslində peyvəndin nə qədər vacib olduğunu vurğulayırlar. Bu peyvəndlər uşaqların gələcəkdə tanış ola biləcəyi ağır xəstəliklərə qarşı bədəni bir növ hazırlayır. Təbii ki, peyvəndlər həkim müayinəsindən və uşağın tam sağlam olduğunu bildikdən sonra vurulmalıdır.

Azərbaycanda dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur, özəl müəssisələrdə isə vaksinlərin qiymətləri fantastik dərəcədə yüksəkdir. Valideynlərin bir çoxu “ucuz ətin şorbası olmaz” fikrinə əsaslanaraq dövlət müəssüsələrində vurulan peyvəndlərin keyfiyyətsiz olduğunu düşünür və özəl xəstəxanalara üz tuturlar. Bu da özəl sektorun işinə yarayır və qiymətləri istədiyi formada yüksək təyin edir. Hətta elə peyvənd növləri var ki, onların qiyməti özəl xəstəxanalarda 200-250 manat arası dəyişir. Üstəlik peyvənd olunmazdan öncə pediatrın qəbulunda olmağınız vacibliyinidə nəzərə alsaq, bunun üçün də əlavə 40-60 manat ödəməli olursunuz. Həkimlər isə özəl və dövlət xəstəxanalarına gətirilən peyvəndlərin tərkibinin olduğunu bildirirlər.

Elə valideynlər də var ki, nə özəl, nə dövlət xəstəxanasında uşağının peyvənd olunmasını istəmir. Heç bir müəssisəyə etibar etmir.  Təbii ki, bu valideynlərin də , imtina etmək haqqı var. Poliklinikaya yazaraq imtina ərizəsi yazmaqla məsələni həll etmiş olurlar.

Görünən odur ki, əhali arasında peyvəndlərə qarşı inamın artırılması üçün səhiyyə işçiləri tərəfindən ictimaiyyətə vaksinlərin təhlükəsizliyi, effektivliyi, onların tərkibi, peyvəndlərdən sonra baş verə biləcək əlavə təsirlər barədə daha ətraflı məlumatların verilməsinə ehtiyac var.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »