Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Baş verən proseslərdə dolayı yolla Rusiyanın əli var”
Nikol Paşinyan və Vladimir Putin

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlaması zamanı deyib ki, Moskvanın Bakı ilə kontaktları daimi əsasdadır və hər kəs Qarabağla bağlı üçtərəfli razılaşmanın reallaşdırılmasının vacib, alternativsiz olduğu qənaətindədir.

O, həmçinin dünən baş tutan Paşinyan-Putin görüşünü nəzərdə tutaraq qeyd edib ki, bu reallaşma çərçivəsində Ermənistan və Azərbaycan tərəfi ilə kontaktlar gerçəkləşdirilir.

“Dünən ikitərəfli münasibətlər barədə ətraflı danışdıq, üçtərəfli razılaşmadakı fərqli nüansların reallaşdırılması və ticari-iqtisadi əməkdaşlıq müzakirə olundu”,- deyə bildirib.

Siyasi şərhçi Samir Hümbətov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Peskovun çıxışında bir neçə istiqamət üzrə mesajların olduğunu demək mümkündür.

Samir Hümbətov Samir Hümbətov

“Burada birinci mesaj münaqişə tərəflərinədir. Eyni zamanda digər mesaj isə münaqişəyə cəlb edilən və münaqişədə maraqlı olan digər tərəflərədir. Yəni, Türkiyə, Qərb ölkələri, İran və s.

Peskov bu mesajı ilə demək istəyir ki, münaqişə bizim nəzarətimizdədir. Burada həm də Rusiyanın narahatlığını üstüörtülü şəkildə çatdırmağa çalışır. O zaman belə qənaətə gəlmək olar ki, bu günə kimi tərəflər arasında baş verən proseslərdə dolayısıla Rusiyanın əli var və yaxud da xəbərdardır. Təbii ki, bu proseslərə Ermənistan və Azərbaycan sərhədində baş vermiş insidentlər, minaların xəritəsinin verilməsi, Zəngəzur dəhlizinin hələ də açılmasının reallaşmaması, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən Erməni terrorçularının çıxarılmaması və s. daxildir.

Görünən odur ki, rəsmi Kreml bununla bütün məsuliyyəti Paşinyanın üzərinə qoymağa çalışır”.

Leyla Mirzə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »