Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızıldan dəyərli pasport qiymətləri: Kasıb ölkənin "varlı" rüsumları
pasport

Bilirik ki, dünyanın digər ölkələrinə səyahət edə bilmək üçün ən mühim sənədlərdən biri pasportdur.

Pasport ölkə hökuməti tərəfindən vətəndaşlara verilən, beynəlxalq səyahət məqsədilə sahibinin şəxsiyyətini və milliyətini təsdiq edən sənəddir. Pasportlarda şəxsin adı, soyadı, doğulduğu tarix,  yer, şəkli, imzası və digər məlumatlar öz əksini tapır.

Lakin hansısa bir ölkəyə səyahət etmək istədikdə sadəcə, pasport əldə etməklə məsələ bitmir. Dünya ölkələrinin özlərinin qaydaları, digər ölkələrin vətəndaşları üçün nəzərdə tutulmuş qadağaları və icazələri var.  Səyahəti sevən insanların ən aktual  məsələsi ölkələrinin verdiyi pasportun nə dərəcədə güclü olmasıdır. Daha ətraflı desək, vətəndaşları olduğu ölkə hökuməti tərəfindən verilən pasportun hansı ölkələrə vizasız səyahət etmək imkanı verir. Visasız səyahət edilə biləcək ölkələrin sayı nə qədər çox olarsa, pasport bir o qədər  “güclü” sayılar.

Dünyanın ən güclü pasportlarının siyahısında Yaponiya pasportu ilk yeri tutur. Bu ölkə vətəndaşlarının nə az, nə çox 193 ölkəyə vizasız giriş icazəsi var. Siyahıda 2-ci yerdə 192 ölkəyə rahat giriş imkanı verən Sinqapur, 3-cü pillədə isə 191 ölkə ilə vizası əlaqələri olan Almaniya və Cənubi Koreya qərarlaşıb. Qardaş ölkə Türkiyə bu siyahıda 56-cı yeri tutub və Türkiyə pasportuna sahib olan şəxslər 111 ölkəyə sərbəst səfər edə bilər. Postsovet ölkələrindən ən yaxşı göstərici isə 183 ölkəyə sərbəst girişi təmin edən Litva pasportudur.

Azərbaycan vətəndaşlarının 1 iş günü üçün 160 manat, 5 iş günü üçün 80 manat, 10 iş günü üçün 40 manat ödəyərək aldığı passport isə bu siyasıda 80-cı pillədə qərarlaşıb. Azərbaycan hökumətinin verdiyi pasportla cəmi 68 ölkəyə vizasız səyahət mümkündür. Hətta məlumatda qeyd olunur ki, "vizasız" və ya "viza girişdə verilir" adı altında göstərilən bu ölkələr bəzən gediş-qayıdış bileti və maddi vəziyyəti göstərən sənədlər tələb edə bilər. Bu səbəbdən də səyahətə çıxmazdan qabaq viza haqqında məlumatları səfirliklərdən öyrənmək tövsiyə olunur.

Qeyd edim ki, 1 yaşadək uşaqlar üçün pasport almaq istəsəniz, 10 iş günü üçün 10 manat, 5 iş günü üçün 20 manat, 1 iş günü üçün 40 manat, 1 yaşdan 3 yaşadək uşaqlar üçün isə 10 iş günü üçün 20 manat, 5 iş günü üçün 40 manat, 1 iş günü üçün 80 manat, 3 yaşından 18 yaşadək uşaqlar üçün 10 iş günü 30 manat, 5 iş günü 60 manat, 1 iş günü üçün 120 manat ödəməlisiniz. Onuda bildirim ki, Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

Leyla Mirzə

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
››› Blogger Rusiya pasportu ilə Qarabağa buraxıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »