Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan-Avropa İttifaqı əlaqələri: postkonflikt reallıqları
Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi

Avropa İttifaqı Komissarı Oliver Varhelyi Şərq Tərəfdaşlığı üzrə tərəfdaş ölkələrə yeni bir inteqrasiya imkanının anonsunu edib. Bu barədə o, Cənubi Qafqaza səfərinin yekunlarına həsr etdiyi və Avropa İttifaqının rəsmi veb-saytında dərc etdirdiyi məqaləsində geniş bəhs edib.

Avropalı komissarın məqaləsində COVID-19 pandemiyasının tərəfdaş ölkələrə, onların iqtidasdiyyatına vurduğu zərərdən danışır və bu mənfi nəticələrin aradan qaldırılması üçün həmin ölkələrə Avropa İttifaqının dəstəyini geniş şərh edir. Ancaq burda diqqəti xüsusilə çəkən bir məsələ var: Avropa İttifaqının yüksək vəzifəli rəsmi şəxsi Azərbaycan üzərində xüsusi olaraq dayanır. Və bu zaman yalnız hansısa dəstəkdən, köməkdən çox qarşılıqlı əlaqələrdən, tərəfdaşlığın yeni mərhələyə daşınması imkanlarından danışır. Məqalədə bir neçə dəfə müxtəlif aspektlərdən qeyd olunur ki, Azərbaycanın öz imkanları kifayət qədər böyükdür və Azərbaycan maliyyə dəstəyinə ehtiyac hiss etmir, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına aksent edir. Bu zaman xarici investisiyaların Azərbaycana cəlb olunması üzərindən müzakirə aparır. Başqa sözlə, Avropa İttifaqı öz rəsmisinin simasında Azərbaycanın bu qurumla bərabərhüquqlu və hər iki tərəfin marağına cavab verən tərəfdaşlıq qurmaqda maraqlı və israrlı olduğunu etiraf və təqdir edir. Ən başlıcası. Qəbul edir.

Avropalı diplomat, Bakı Dəniz Limanının Baş direktoru Taleh Ziyadovla söhbətini şərh edir. Azərbaycanın Şərqlə Qərb arasında nəqliyyat-kommunikasiya imkanlarından danışır. Ötən cümə iqtisadiyyat naziri Mikayıl Cabbarovla və energetika naziri Pərviz Şahbazovla şam yeməyində bu, bir sıra başqa məsələləri müzakirə etdiklərini yazır və Azərbaycanın Xəzər dənizi ilə Qara dəniz arasında logistika imkanları baxımından və eləcə də, Avropa ilə ticarət əlaqələrinin inkişafında Azərbaycanın xüsusi yerini, rolunu və səylərini qeyd edir. Ən başda da enerji resurslarına çıxış və enerji nəqlinin diversifikasiyası məsələləri baxımından Azərbaycanın apardığı siyasəti, həyata keçirilən layihələri yüksək qiymətləndirir. Yeni perspektivlər haqqında geniş şərh verir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, yenidən qurulması sahələrində Avropa İttifaqının dəstəyini anons edir. Bu zaman Avropalı komissar “postkonflikt” ifadəsini işlədir. Yəni konfliktin başa çatdığını vurğulayaraq dinc quruculuğa keçidi şərh edir. Bu isə, təbii ki, münaqişənin hələ bitmədiyi, hansısa status və ya başqa “həll olunmamış məsələlər” haqqında bəzi Qərb dairələrinin Ermənistana unison verdiyi bəyanatlara zidd, Azərbaycanın haqlı və əsaslı mövqeyinə uyğundur. Avropalı komissar yazır:

“Azərbaycan Avropa ilə diversivfikasiyanı həyata keçirən güclü tərəfdaşdır”.

Oliver Varhelyi öz məqaləsindəki 13 abzasdan 12-sini Azərbaycana, yalnız 1 abzasını Gürcüstana həsr edib. Bu da maraqlı və önəmli detaldır. Bəzən Azərbaycanın daxildən və xaricdən olan tənqidçiləri Gürcüstanın Avropa, ümumiyyətlə, Qərb üçün Cənubi Qafqazda az qala yeganə və ən mühüm tərəfdaş olduğunu, Azərbaycanın isə bu baxımdan, nəinki Gürcüstandan, hətta Ermənistandan da geri qaldığını iddia edirlər. Bu zaman qonşu ölkələrin Avropa İttifaqı ilə sazişlərini də, təbii ki, əsas gətirirlər. Ancaq Oliver Varhelyinin məqaləsindən də göründüyü kimi, Avropa İttifaqının Azərbaycana baxışı tamamilə Cənubi Qafqazın aparıcı ölkəsinə baxışdır. Əgər Şərq Tərəfdaşlığının başqa ölkələri Avropa İttifaqı ilə əlaqələrə daha çox maliyyə və sair preferensiyalar almaq, imtiyazlar əldə etmək üçün can atırlarsa, hətta Aİ üzvü olan bir çox dövlətlər bu məqsədlərlə qurumdadırsa, Azərbaycan tamamilə fərqli yanaşma sərgiləyir. Gürcüstanın və Ermənistanın Avropa İttifaqı ilə saziş bağlaması, Azərbaycanın isə hələ Aİ ilə belə bir sazişinin olmaması haqda fikirlərə gəlincə, bəli, bu, doğrudur. Ancaq əsas saziş bağlamaq, onu nə zaman imzalamaq deyil, necə bir saziş imzalamaqdır. Bu saziş ölkənin iqtisadi, təhlükəsizlik, siyasi və sair maraqlarına cavab verməlidir; burda hər bir cümlə, hər bir söz uğrunda mübarizə getməlidir ki, o, sənin ölkənin maraqlarına uyğun olsun. Saziş xatirinə saziş bağlamaq önəmli deyil.

Oliver Vahhelyinin məqaləsini geniş şərh etməyimiz təsadüfi deyil; o, Avropa İttifaqında Qonşuluq və Genişlənmə üzrə Komissar vəzifəsini tutur. Yəni Avropa İttifaqına qonşu olan dövlətlərdə əlaqələrə birbaşa cavabdehdir, hər gün bu işlərlə məşğuldur. Qonşu ölkələrin imkanlarını araşdıran, bu ölkələrdə gedən prosesləri daim izləyən bir yüksək ranqlı Avropalı məmurdur. Onun Azərbaycanla əlaqələrə və tərəfdaşlığın perspektivlərinə, ən əsası da, Azərbaycanın özünə verdiyi qiyməti heç kim subyektiv saya bilməz; yəni bunları biz yox, Qərb siyasətçiləri deyir.

Orxan

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »