Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Haiti prezidentinin qatilləri Tayvan səfirliyində gizləniblər
Jovenel Moiz

Haiti Prezidenti Jovenel Moizin sui-qəsdində şübhəli olan 11 nəfərin Tayvan səfirliyi ərazisində tutulduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, dünən Haiti polisi Tayvan diplomatlarından şübhəliləri axtarmaq üçün səfirliyin ərazisində axtarış aparmaq üçün icazə istəyib.

Diplomatlar dərhal razılıq verib və polis səfirlik ərazisində əməliyyat keçirib.

Haiti hüquq-mühafizə orqanları 26-sı Kolumbiya vətəndaşı olduqları iddia edilən 28 cinayətkarın müəyyənləşdirildiyini bildiriblər. Ümumilikdə 17 şübhəlinin nəzarətə alındığı, daha 7 nəfərin polis əməliyyatları zamanı məhv edildiyi qeyd edilib.

Hadisədən sonra Kolumbiya Müdafiə naziri ölkəsinin istefada olan hərbçilərin Moizi öldürməkdə şübhəli olduğunu söyləmişdi.

Haiti prezidenti çərşənbə günü gecə evinə edilən hücumda öldürülüb. Onun xəsarət alan həyat yoldaşı Martin Moiznin vəziyyəti ağırdır.

Moizin ölümündən sonra müvəqqəti olaraq ölkəyə Baş nazir rəhbərlik edir.

Bizimyol.info

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »