Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində küçə süpürməyə işçi tapılmır
Küçə süpürgəçisi

Üçüncü dünya ölkələrinin vətəndaşları böyük dövlətlərə yollananda daha çox yerli insanların özünə rəva görmədiyi işlərə ümid edirlər. Əsas məqsəd, heç olmasa, xidmətçi işi tapıb həmin ölkədə qalmaq olur. Amma elə dövlətlər var ki, bu sahələrdə kadr çatışmazlığı ilə üzləşir.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyada küçə süpürməyə işçi tapılmır. Yerli mətbuat bununla bağlı yazılar hazırlayır. Məqalələrdə Böyük Britaniyanın 1997-ci ildən bəri belə işçi qıtlığı ilə qarşılaşmadığı qeyd edilib.

Yazılanlara görə, xidmətçilərdən başqa, nəqliyyat, çatdırılma, tikinti və istehsalat sahələrində də işçi çatışmazlığı hiss olunur. Bundan başqa, maliyyəçi, proqramçı, mühasib və mühəndislərə də böyük ehtiyac yaranıb. Böyük Britaniya ticarət palatasının sorğusuna görə, şirkətlərin 52 faizi son 3 ayda vakansiyalara uyğun kadrları tapa bilməyib. Mütəxəssislər hesab edir ki, mövcud vəziyyət işçilərin məvaciblərinin artırılmasına, eyni zamanda, inflyasiyanın yüksəlməsinə səbəb olacaq.

Böyük Britaniyada niyə belə kadr çatışmazlığı yaranıb? Əsas səbəb davam edən qlobal böhrandır. Bir çox əcnəbilər ölkəsinə qayıdıb və ya qaytarılıb. Yəni işçi vizasının müddətini uzatmaq mümkün olmayıb. Üstəlik, “Brexit” də işini görüb. Ümumilikdə Qərbin miqrant siyasəti arzuolunmaz mənzərə yaradıb.

Rəsmi statistikaya görə, təxminən 500 minə qədər işçi Böyük Britaniyaya qayıda bilmir. Çünki məhdudlaşdırılmanın aradan qaldırılması iyunun 21-dən iyulun 19-na ertələnib. Bütün bunların fonunda Maliyyə naziri Rişi Sunakın iş yerlərinə dəstək göstərilməsinin vacibliyini deməsi qəribə səslənir.

Dünyanın nə böyük şəbəkələrindən sayılan KPMG-nin Böyük Britaniya üzrə təhsil və istehsalat şöbəsinin rəhbəri Kler Uorns deyib ki, işçi çatışmazlığı ölkə iqtisadiyyatını zəiflədəcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatına görə, qlobal böhran dünyada 22 milyondan çox iş yerini sıradan çıxarıb. Daha çox gənclər və xidmət sektorlarının aşağı təsnifatlı işçiləri zərər görüb. Turizm sahəsi də zərbədən yaxa qurtara bilməyib.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »