Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Türkiyə ilə yanaşı bir çox ölkələr miqrant məsələsində əziyyət çəkir”
Mövlud Çavuşoğlu

“Türkiyə demokratik ölkədir və Avropa İttifaqına üzvlük üçün öhdəliklərini yerinə yetirir. Hazırda bu istiqamətdə hökumətimiz islahatlarını davam etdirir”.

APA-nın xəbərinə görə, bunu Helsinkidə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Türkiyədə iki il öncə məhkəmə islahatlarının icra edildiyini bildirən M. Çavuşoğlu bu il də insan haqlarına aid tədbirlərlə bağlı islahatlar həyata keçiriləcəyini qeyd edib: “Bu istiqamətdə eyni zamanda Avropa Şurası ilə də əməkdaşlığımız davam edir. Zatən Türkiyə Avropa Şurasının qurucularından biridir. Bizim dövlətimiz və cəmiyyətimiz bu islahatları həyata keçirməkdə qərarlıdır”.

Hazırda Türkiyənin 4 milyon miqranta ev sahibliyi etdiyini deyən nazir ikinci yerdə Əfqanıstanın gəldiyini və yeni köç dalğasının gözləndiyini vurğulayıb: “Biz bu çərçivədə regiondakı ölkələrlə əməkdaşlıq qurmağa çalışırıq, çünki onların da ciddi narahatlıqları var. Məsələn, Özbəkistan, Tacikistan, Türkmənistan və İran. Bu mövzuda Türkiyə, Əfqanıstan və İran Antalya Diplomatik Forumunda üçtərəfli görüş keçirdi. Başda Türkiyə olmaqla bir çox ölkə, o cümlədən Avropa İttifaqı qanunsuz miqrantlar məsələsindən əziyyət çəkir, bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığa ehtiyacımız var”.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »