Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uçuş biletlərinin qiymətini azaltmaq üçün gözəl təklif
Təyyarə

İqtisadçı Natiq Cəfərli bütün tənqidlərə baxmayaraq qiymətləri baha saxlamaqda davam edən AZAL şirkəti ilə rəqabət aparmağın yolunu göstərib. İqtisadçının təklifi ağlabatan görünür.

“Lənkəran Hava Limanının tikintisinə 51,5 mln. dollar (indiki məzənnə ilə 87 mln. manata yaxın) pul xərclənib. Hava Limanı, demək olar ki, çalışmır, hər il Hava Limanının kommunal xərclərinə və işçilərin maaşına 5 mln. manata yaxın pul xərclənir (obyekt pul qazanmır), 2008-dən bəri Hava Limanının xərcləri, az qala elə tikintiyə xərclənən qədər olub”,- deyə o bildirib.

Natiq Cəfərli Natiq Cəfərli

“Lənkəran Hava Limanının AZAL-ın idarəçiliyindən tam çıxarılır, xarici şirkətlərdən birinə (Türkiyə şirkətlərinin marağı olduğunu bilirəm) idarəetməyə verilir və ən vacibi, uçuşların təşkili və icazələrin verilməsi AZAL-dan ayrılır, AZAL rəhbərliyinin uçuş cədvəlinə və təşkilinə heç bir müdaxiləsi olmur. Nəticədə Lənkəran Hava Limanına bir neçə şirkət cəlb olunur, ilkin mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil edilir, qiymətlər Bakı Hava Limanından, ən azı, 2 dəfə ucuz olur. Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərinin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək. Yəni, hökumət siyasi qərarlarla AZAL-a bata bilmirsə, heç olmasa, iqtisadi rəqabətlə AZAL-a çəki-düzən verə bilər.

Eyni yanaşmanı Qəbələ, Gəncə, Zaqatala, payızda açılacaq Füzuli Hava Limanlarında da təşkil etmək olar”.

Məsələyə AZAL-dan münasibət öyrənmək cəhdimiz zənglərə cavab verilmədiyi üçün boşa çıxdı.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »