Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızıl dişi olanların işə götürülmədiyi postsovet ölkəsi - Fotolar
Dağ-Bədəxşan, Tacikistan, Foto: Mario Xeller

Tacikistan turistlərin çox da diqqət çəkmədiyi ölkələrdəndir. Yerli insanlar bunu böyük haqsızlıq sayır.

Necə də olmasa, Pamir öz əzəməti ilə ölkəyə gözəllik qatır. Ümumiyyətlə, taciklər ölkə təbiətini füsunkar sayır. Burada gəzib görməli çox yer var.

Düşənbə ətrafında göl, Tacikistan, Foto: Mario Xeller Düşənbə ətrafında göl, Tacikistan, Foto: Mario Xeller

Bizimyol.info xəbər verir ki, Tacikistan ərazisinin 94 faizi dağlıq ərazilərdən ibarətdir. Rəngarəng landşaft istənilən qonağa maraqlı görünə bilər. Amma taciklərin fərqli həyatını da unutmaq olmaz. Tacikistan Mərkəzi Asiyanın ən kasıb ölkələrindəndir. Müstəqillik əldə ediləndən bəri bataqlıqdan çıxmaq mümkün olmayıb. Burada demokratik ovqatın heç vaxt olmaması da ayrı sıxıntıdır.

Ölkədə çox qəribə qaydalar formalaşıb. Məsələn, qızıl dişi olanları dövlət orqanlarında işə götürmürlər. İnsanlara böyük toy və ad günü mərasimləri keçirməyə icazə verilmir. Çünki taciklər bu məsələdə israfçı davranır. Böyük kreditə girirlər, sonra ödəyə bilmirlər. Beləcə, problemli kreditlərin yükü artır. Hökumət problemdən çıxış yolu kimi təmtəraqlı mərasimləri qadağan etməyi görüb.

Tacikistan, Foto: Mario Xeller Tacikistan, Foto: Mario Xeller

Berlindən olan fotoqraf Mario Xeller Tacikistanın çox hissəsini gəzib. Almaniya vətəndaşı Asiya ölkəsində xeyli maraqlı fotolar çəkib. Bu fotolarda ölkənin əsl koloriti önə çıxır.

Xeller Tacikistanda qırğız Boburla tanış olub. Bobur xarici görünüşü ilə əksəriyyətdən xeyli fərqlənir. Uzun qara saçları, sıx saqqalı, kovboy şlyapası olan, daim motosokldə gəzən orta yaşlı insana xüsusi olaraq diqqət etməmək mümkün deyil. Bobur sanki ötən əsrin 60-cı illərinin vestern filmlərindən çıxıb. Onun əcdadları əsrlərlə Tacikistanda yaşayıb. Amma Bobur indi nə tacikə bənzəyir, nə də qırğıza.

Tacikistan, Foto: Mario Xeller Bobur, Tacikistan, Foto: Mario Xeller

Bobur yerli qadınla evlənib. Bu onun ikinci ailəsidir. İlk həyat yoldaşı rus olub: “Sovet İttifaqı dağılanda iki övladımı da götürüb Rusiyaya qaçdı. Həmin vaxtdan onlar haqda heç nə eşitməmişəm”.

Xellerin çoxlu fotolar çəkdiyi Murqabda insanlar lap ağır gündə yaşayır. Halbuki bura Pamirin lap ətəyində yerləşir. İsveçrə turizm agentlikləri son vaxtlar Murqabı reklam etməyə başlayıb. İndi hərdən buralarda avropalı qonağa rast gəlmək mümkündür.

Yerli adamlardan Tahir danışır ki, bir dəfə Pamirin ətəklərində velosipedlə bütün dünyanı gəzən ispan turistə rast gəlib. Sonra onu Monqolustana yola salıblar.

Tacikistan, Foto: Mario Xeller Tacikistan, Foto: Mario Xeller

Xellerin fotoları sanki dil açıb danışır. Kasıb ölkənin zəhmətkeş insanları həyatı sevməyə çalışır. Şəkillərdə qadınların hansı əziyyətlərə qatlaşdığı görünür. Bu ölkədə əksəriyyət üçün ayaqda qalmaq çətindir. Lakin yenə də Tacikistanı gəzib görməyə dəyər. Mehriban insanları, gözəl təbiəti gələnlərə yalnız xoş anlar vəd edir.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »