Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda insanlar niyə soyad sonluğunu dəyişmək istəmir...
pasport

Sovet dönəmində ən çox soy kökünə yadlaşdırılan xalqlar məhz türk kökənli xalqlar oldu. Gürcüstan, Ermənistan, Baltikyanı ölkələr həm əlifbalarını qorudular, həm soyad sonluqlarını.

Azərbaycanlılar isə “ov” “yev” soyad sonluqlarını qəbul etdilər və müstəqilliyimizi qazandığımız bu 30 illik zaman bölümündə də bu alışqanlığımızdan əl çəkə bilmədik. 2013-cü ilin mart ayından Azərbaycan Ədliyyə Nazirliyinin qərarı ilə azərbaycanlı soyadları öz kökünə qaytarıldı. Belə ki, soyadlara “zadə”, “oğlu” və “qızı” sonluqlarının əlavə olunması rəsmiləşdirildi. Burada da əsas məqsəd ərəb, fars və türk köklü soyadların sonluqlarının rus soyadı sonluqları olan “ov”, “yev”dən fərqləndiyini göstərmək idi.

Lakin az hallarda ailələr yeni doğulan körpələrinin soyad sonlulqarını “ov”, “yev” əvəzinə “lı, li, lu, lü”, və ya “zadə” sonluğu ilə əvəz etdirdilər. Sənədləşdirmədə yaranan uzun-uzadı prosedurlardan qorxan bir çox orta yaş nümayəndələri ürəklərindən keçirsələr də, dəyişiklik etmədilər. Halbuki bu o qədər də çətin prosedur deyil. Soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki "ASAN Xidmət" mərkəzinə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsilə yaxınlaşıb, 10 manat dövlət rüsumunu ödəməklə bu məsələni həll edə bilər.

Amma madam ki, məhz türklüyümüzü göz önünə gətirmək istəyirik, farslardan yadigar qalmış zadə sonluğundan imtina etsək, yaxşı olmazmı?

Müasir Azərbaycan soyadlarının yaranması XX əsrin əvvəllərinə, daha dəqiq desək, sovet hakimiyyətinin qurulduğu ilk illərə təsadüf edir. Hələ XIX əsrdə azərbaycanlıların antroponimik modeli əsas adlardan və ata adlarından ibarət idi. Kişilərdə ata adına “oğlu” və ya “zadə” (oğlu) əlavə olunurdu. Məsələn: İbrahim Səttar oğlu, Ziya Nəcəfzadə və s. Qadınlarda isə “qızı” əlavə olunurdu. Məsələn: Reyhan Qurban qızı və s.

Hətta çox sadə şəkildə soyadın sonluğuna heç bir əlavə etmədən , eynilə Türkiyədəki qardaşlarımız kimi istifadə etmək məqsəduyğun olardı. Məsələn, Adil Həsənov “Adil Həsənli” və ya “Adil Həsdənzadə yox”, sadəcə “Adil Həsən” olur. Leyla Səlimova yox, Leyla Səlim şəklində. Bu fikrə münasibətiniz necədir?

Xatırladaq ki, soyadını hər hansı bir səbəblə ümumiyyətlə, dəyişdirmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti, doğum haqqında şəhadətnamə, həbi mükəlləfiyyətlidirsə, hərbi biletin təsdiq olunmuş surəti, rüsumun ödənilməsinə dair qəbz, 3-4 ölçüdə fotoşəkil və ərizə ilə “ASAN Xidmət”ə müraciət edir, onun barəsində müvafiq orqanlara sorğu göndərilir.

Hələ ki, soyad sonluğunu kütləvi şəkildə dəyişib öz köklərinə qayıtmaq arzusu hiss olunmur. Məsələn, 1 saylı "ASAN Xidmət" mərkəzində 2020-ci il üzrə 114 nəfər, 2021-ci ilin əvvəlindən bu günə qədər isə 48 nəfər ad və soyad üzərində dəyişmə əməliyyatını rəsmiləşdirib. Sorğu keçirdiyimiz insanların bir çoxu məcburiyyət olmasa, “ov, yev” sonluqlu soyadlardan narahatlıq keçirmədiklərini bildirdilər. Bəs siz nə düşünürsünüz, dəyişməyə dəyərmi?

İlhamə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Avqustun 1-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »