Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avropa Türkiyə dronlarına baxıb utanmalıdır” - İngiltərə mətbuatı
Rəcəb Tayyib Ərdoğan

Tükiyə pilotsuz uçuş aparatlarının dünyada əksər rəqiblərini geridə qoyması şübhəsizdir.

Xüsusilə Qarabağda Azərbaycanın qələbəsindən sonra bu istiqamətdə mübahisə etməyə dəyməz. Türkiyə dronlarının şöhrəti dünyanı bürüyüb. Böyük Britaniyanın dronlarla bağlı araşdırmalar aparan informasiya portalının analizində də Ankaranın istehsal etdiyi pilotsuz uçuş aparatlarının qüdrətindən danışılır.

Bizimyol.info xəbər verir ki, portalın materialında Türkiyə bu sahənin liderlərindən biri kimi xarakterizə olunub. İngiltərə mediası Ankaranın uğurlarına diqqət ayırmağın vacibliyini yazıb. İngilislər düşünür ki, Türkiyə pilotsuz uçuş aparatları sektorunda ABŞ və İsrailin inhisarına son qoyub.

Portalın yazısında “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının necə effektli iş ortaya qoymasından geniş bəhs olunub. Nümunə kimi Liviya və Suriya ilə yanaşı, Qarabağda Azərbaycanın həyata keçirdiyi uğurlu əməliyyatlar da göstərilib. Ümumiyyətlə, ilk dəfə deyil ki, Türkiyə dronlarının Azərbaycanın qələbəsində necə böyük rol oynaması yazılır. Qərb mətbuatı bu məsələyə xeyli diqqət ayırıb. Döyüşləri yaxşı xatırlayırıq, “Bayraktar” Ermənistan ordusunun qorxulu röyasına çevrilmişdi. Böyük Britaniyada da Türkiyə pilotsuz uçuş aparatlarının nəyə qadir olmasını yaxşı anlayırlar.

“Dron savaşları” adlanan portal yazıb ki, indi Ankara dron istehsalında vacib oyunçuya çevrilib. Həqiqətən də, bir çox ölkələr Türkiyənin bu sahədəki təcrübəsinə müraciət edir. Böyük Britaniya portalı da Londonun bu təcrübədən istifadə etməli olduğunu vurğulayıb.

Məqalədə Böyük Britaniyanın Müdafiə naziri Ben Uollesin hesabatından danışılıb. Nazir hesabatda “Bayraktar”dan geniş söz açmışdı. Uolles Türkiyə dronlarına heyranlığını gizlətməmişdi. Məhz həmin hesabatda Ankaranın bu sahədəki təcrübəsinin öyrənilməli olduğu qeyd edilmişdi. Uolles etiraf etmişdi ki, Böyük Britaniyanın hərbi sənayesi son illər yerində sayır. O, bu sahədə ingilis mütəxəssislərə uyğun tapşırıqlar verildiyini bildirmişdi.

Yazının sonunda Avropa dövlətləri yatıb qalmaqda ittiham olunub: “Avropalılar utanmalıdır ki, Türkiyə pilotsuz uçuş aparatları sahəsində fövqəldövlət olmaq yolunda inamla irəlilədiyi halda onlar yuxulayır”.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »