Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda "qızıl külçə" işi: Prokuror 11 il həbs istədi, məhkəmə bəraət verdi
Qızıl külçələri

Həbsdə olan iş adamı, “AzGold” MMC-nin rəhbəri Müşfiq Muxtarova hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə çıxarılan hökmə əsasən, iş adamına bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, prokuror Müşfiq Muxtarovun 11 il azadlıqdan məhrum edilməsini istəmişdi. İş adamına qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, Müşfiq Muxtarov SOCAR-ın birgə müəssisəsi olan “AzGerneft” MMC-nin təchizat şöbəsinin rəisi Loğman Hacıyevdən xaricdən qızıl külçələr gətirib və qazanc əldə etmək adıyla üç dəfəyə 2 milyon 19 min pul alıb və qaytarmayıb.

İş adamı Müşfiq Muxtarov isə bu ittihamı qəbul etmir və əsassız olduğunu bildirir. Özünü təqsirli bilməyən iş adamı məhkəmədə ifadəsində də göstərmişdi ki, Loğman Hacıyev birgə biznes məqsədilə ona cəmi 1 milyon 600 min manat pul verib. Bunun qarşılığında da 200 min qazanc götürüb:

“Devalvasiyadan sonra işlərin yaxşı getmədiyini, qazanc olmadığını gördüm və 1 milyon 600 min manatını qaytardım. O, devalvasiya olduğunu əsas gətirib, məndən pulu dolların əvvəlki kursuyla hesablayıb, tələb etməyə başladı. Görəndə ki, məndən əlavə pul ala bilmir, əsassız şikayətlər yazmağa başladı”.

Zərərçəkmiş qismində tanınan Loğman Hacıyev isə ifadəsində bildirib ki, Müşfiq Muxtarova verdiyi pulun 810 min manatı özünün, 741 min manatı qardaşının, 468 min manatı isə başqa Müzəffər Həsənov adlı tanışının olub. Onlar da qızıl külçə biznesinə sərmayə yatırmaq məqsədilə pul veriblər.

Müşfiq Muxtarov isə bunu da təkzib edərək bildirib ki, Loğman Hacıyev ona birgə işlərindən qardaşı və başqa tanıdıqlarının xəbərinin olmamasını istəmişdi:

“Qardaşı və tanışının da mənə pul verməsi haqda deyilənlər yalandır”.

Bizimyol.info

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Günel Gözəlova: “Araz Bayramov kimi həkimlər bu peşədən uzaqlaşmalıdır”
Son xəbərlər
Bütün xəbərlər »