Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada 4 günlük iş rejimini sınaqdan keçirdilər
London, Vestminister körpüsü

Avropanın şimal ölkələrində hökümətlər son illər həftədə 4 günlük iş rejimi haqda çox düşünməyə başlayıb. Bu məsələ xeyli müzakirə olunur. Əvvəlcə Finlandiya ciddi iddia ortaya qoymuşdu. Ardınca İsveçdə və Norveçdə müzakirələr başladı. İrəli düşən isə İslandiya olub.

Bizimyol.info xəbər verir ki, ada ölkədə 4 günlük iş rejimini sınaqdan keçiriblər. Böyük Britaniyanın “Autonomy” tədqiqatlar mərkəzi məsuliyyəti üzərinə götürüb. Mərkəz sınağın uğurla keçdiyini açıqlayıb. Açıqlamaya görə, işdə məhsuldarlıq azalmayıb. Əksinə, iş şəraiti yaxşılaşıb.

Sınağı Reykyavik şəhər soveti, İslandiya hökuməti və yerli həmkarlar ittifaqları keçirib. Burada müxtəlif fəaliyyət sahələrinin 2500 əməkdaşı iştirak edib. Bu həm də ölkə əhalisinin iş qabiliyyəti olan kəsiminini 1 faizi deməkdir.

Ümumilikdə işçilərin həftəlik iş rejimində 4-5 saat azalma edilib. Qalan iş saatları isə 4 gün arasında bölünüb. Beləcə, işçilərin həftədə daha bir istirahət günü yaranıb.

Sınağın nəticəsi olaraq qeyd edilib ki, dəyişiklik həm əməkdaşlara, həm də biznesə müsbət təsir göstərib. “Autonomy” mərkəzinin nümayəndəsi Uill Stronj heyrətamiz uğur əldə olunduğunu bildirib. Onun dediyinə görə, sınaq iştirakçıları daha həvəslə işləyib, bundan zövq alırmış. Stronj İslandiyanın dövlət sektorunun bu istiqamətdə başqa ölkələrə nümunə ola biləcəyini deyib.

“Autonomy” şimal ölkəsinin iş qabiliyyəti olan kəsiminin 86 faizinin yeni rejimə keçə biləcəyini açıqlayıb. Mərkəz iş saatlarının azaldılması üçün hər hansı əngəl qalmadığını xüsusi vurğulayıb.

Rusiya mətbuatı dəfələrlə Kremlin həftədə 4 günlük iş rejiminə keçmək niyyətindən yazıb. Baş nazir Dmitri Medvedev 2019-cu ildə bu ideyanı dilə gətirmişdi. Amma tezliklə Rusiya Əmək Nazirliyi ölkənini hələ buna hazır olmadığını açıqlamışdı. 2021-ci ilin əvvəllərindən məsələ yenə müzakirəyə çıxarılıb. Buna baxmayaraq, Kremlin iqtisadi sıxıntılar fonunda planı həyata keçirə bilməyəcəyini düşünənlər çoxdur. Rusiyada çoxuna ölkəninin 4 günlük iş rejiminə keçə biləcəyi inandırıcı görünmür.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »