Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun Ukraynanı üzvlüyə qəbul etməməsinin arxasında kimlər durur…
Krım, Ukrayna

“İslahatlar Ukraynanın NATO-ya daxil olmasına təminat vermir”.

Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Diplomatın sözlərinə görə, üzvlüyün verilməsi ilə bağlı konkret kriteriyalar yoxdur, çünki bu,texniki yox, siyasi məsələdir. Appaturay əlavə edib ki, yalnız Ukrayna alyansa daxil olmağa yox, eyni zamanda, ittifaq da genişlənməyə hazır olmalıdır.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, NATO -nun Ukraynanı üzvlüyə qəbul etməməsi əsasən, ötən ay C. Bayden və Putin görüşünün nəticəsidir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“V.Putin və C. Bayden görüşündən sonra, Donbasda situasiya xeyli səngiyib və demək olar ki, gərginlik qeydə alınmır. Halbuki, ABŞ və Rusiya prezidentlərinin görüşünə qədər Donbasda hərbi vəziyyət gərgin olaraq qalırdı və müharibənin başlanması an məsələsi idi. Göründüyü kimi Ukraynanın NATO üzvlüyü daha da ciddi xaotik bir prosesə rəvac verəcəyinə görə, Vaşinqton gözləmə mövqeyinə keçdi. Ola bilər proseslər post-Putin dövrünə saxlanılsın. Əgər, Ukrayna NATO üzvlüyünə qəbul edilərdisə, Donbasda müharibə alovlanaraq ABŞ Rusiya hərbi toqquşmasına gətirib çıxara bilərdi.

Rusiya prezidenti V.Putin də Kiyevin Alyansa üzvlüyünə səssiz qalmayacaqlarını, bunun Rusiyanın təhlükəsizliyinə ciddi təhdid olacağı mesajını vermişdi. Bununlada C. Bayden V. Putinin Cenevrədə görüşü Şərqi Avropada qarşıdurmadan yayınmaq və Ukraynanın NATO üzvlüyünün təxirə salınması razılığının əldə olunması ilə nəticələndi. Buna baxmayaraq Vaşinqton Ukraynaya hərbi dəstəyini davam etdirəcək və Moskvanın aqressiv siyasətindən müdafiyə edəcək”.

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna üçün NATO-nun qapılarının uzun müddət bağlı olacağı gözlənilir.

“NATO və Rusiya qarşıdurması Ukraynada müəyyən dərəcədə arxa plana keçmiş sayıla bilər. Əgər, NATO Ukraynaya öz qapılarını bağlayacaqsa, Donbas münaqişəsi Kiyevin maraqlarına uyğun həll edilə bilər. V. Putin Qərbdən bununla bağlı yazılı təminat almaq istəyir. Amma Qərb və Ukrayna buna getmir.

Proseslər göstərdi ki, hazırkı situasiyada Ukraynanın NATO üzvlüyü daha da geniş böhrana gətirib çıxara bilər.

Gürcüstanın isə Alyansa üzvlüyü mümkündür. Moskva Gürcüstanın hazırkı siyasəti ilə barışıb və Tiflisin NATO üzvlüyünü bir o qədər təhlükə kimi görmür. Bu da Cənubi Qafqazda Alyansın öz mövqelərini möhkəmləndirməsinə gətirib çıxaracaq. Bu siyasi prosesdə Azərbaycan Alyansla əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıracaq. Qeyd edim ki, Gürcüstanın NATO inteqrasiyası Türkiyə vasitəsilə həyata keçdiyi üçün Moskva sükutla qarşılamalı olur”,- deyə siyasi şərhçi bildirib.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »