Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda "Şərqi Zəngəzur" iqtisadi rayonunun yaradılması nəyi hədəfə alıb...
Zəngəzurda magistral yoldan görüntü

“Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmana dəyişiklik edilib. Ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilir.

Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı, Ağcabədi (əvvəl Aran iqtisadi rayonunun tərkibində olub), Ağdam, Bərdə (əvvəl Aran iqtisadi rayonunun tərkibində olub), Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil edilməsini, Zəngilan, Qubadlı, Cəbrayıl (əvvəl Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibində olub), Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilərək Şərqi Zəngəzur iqtisadi rayonu adlandırılması cəmiyyətimizdə məmnunluq hissi ilə qarşılanıb.

Yeni təsnifat Azərbaycanın əldə etdiyi zəfərdən sonra formalaşmış yeni reallıqlara uyğun olaraq həyata keçirilir. İqtisadi rayonların sırasına yeni adda - Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsi həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərardır. Hər kəs bunu böyük bir yolun başlanğıcı hesab edir, Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur mövhumu da var və bu dünyaya bizim tarixi torpaqlarımızal bağlı verilən bir mesaj kimi anlaşılmalıdır deyə düşünürük

Hətta bəzi oxucularımız təkliflər ünvanlayaraq gələcəkdə ölkənin də adını dəyişib “Şimali Azərbaycan” qoymağı təklif edirlər. Bu halda hər bir insanın ağlına gələn ilk fikir; “şimal varsa, demək ki, bunun cənubu da olmalıdır. Cənubi Azərbaycanı unutmamalıyıq” kimi fikirlər səsləndirirlər. İnzibatı-coğrafi ərazi bölgüsü baxımından düzgün yanaşmadır və eyni zamanda tarixi adların bərbasına xidmət edir. Amma təbii ki, hazırda İranla münasibətləri gərginləşdirmək Azərbaycanın maraqlarına uyğun deyil. Əlavə cəbhə açmaq siyasi baxımdan uğursuz addım olardı.

İqtisadçı alim Qubad İbadoğlu bildirib ki, , iyul ayı ərzində əsasən xaricdə yaşayan Azərbaycan alimlərindən ibarət işçi qrupla birgə hazırlanmış "İşğal altında olan ərazilərdə ayrı-ayrılıqda kənd təsərrüfatına, əmlaka və sənayeyə dəyən ziyanlara dair tədqiqatlar"ın təqdimatı olacaq.

Qubad İbadoğlu Qubad İbadoğlu

Alim səmərələşdirici təklif olaraq qeyd edib ki, regionlara sərmayə qoyuluşlarının sürətləndirilməsi və onların iqtisadi müstəqilliyinin artırılması üçün əks fiskal mərkəzləşdirmə islahatlar aparılmalı, iqtisadi rayonlar üzrə paylı vergi sistemi tətbiq edilməlidir. Bununla yanaşı, işğaldan azad olmuş ərazilərdə məskunlaşmanın sürətləndirilməsi və yerli özünüidarəetmə institutlarının yardılması istiqamətində də addımlar atılmalıdır. Qarabağ iqtisadi rayonunun potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaqlarını nəzərə alsaq, qısa zamanda güclü inkişaf proqnozlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malikdir. Quruculuq işlərindən sonra Qarabağ torpaqlarının 30 illik işğal dövründəki itkiləri kompensasiya edəcəyinə əminik.

İlhamə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »