Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Moskvada: Bağlı qapılar arxasında Putin Paşinyana nələri deyib...
Nikol Paşinyan və Vladimir Putin

7 aprel 2021-ci il tarixində Moskvada Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Bu görüş zamanı Vladimir Putin Nikol Paşinyanı seçkidə qazandığı qələbə münasibətilə təbrik edib. Nikol Paşinyan isə dəvətə, təbrikə, ölkələri arasında ikili münasibətlərə, “Sputnik V” peyvəndinə görə minnətdarlıq bildirib.

Görüş zamanı Vladimir Putin Ermənistanın inkişafı üçün bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq.

Daha əvvəl Rusiya prezidentinin rəsmi saytında görüş zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının həyata keçirilməsinin gedişi, eləcə də bölgədə mövcud problemlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi kontekstində, həllinə dair gələcək addımların nəzərdən keçirilməsi planlaşdırıldığı bildirilmişdi.

Siyasi şərhçi Samir Hümbətov Bizimyol.info-ya görüşü şərh edən zaman bildirib ki, Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinə  və digər məsələlərə toxunaraq Azərbaycanı Putinə şikayət etməyə çalışıb.

“Təbii ki, görüşün bu atmosferdə keçəcəyi gözlənilən idi. Paşinyan hər zaman olduğu kimi yenə də bütün problemlərin səbəbi kimi Azərbaycanı göstərməyə çalışdı. Aydın məsələdir, danışan da, dinləyən də yaxşı başa düşür ki, baş verən hadisələrin kökündə elə özləri dayanırlar. Media qarşısında baş verən bu görüşdə bundan artıq açıqlamanın olacağı da gözlənilən deyildi. Görünən odur ki, bağlı qapılar arxasında Putinin Paşinyana deyəcək və tapşıracaq çox sözü var.

Yeni kabinetdə Rusiyameyilli qüvvələrin olması, Azərbaycanla gedəcək danışıqlarda, hər hansı mübadilə prosesində Rusiyanın mütləq iştirakı, Azərbaycan və Türkiyə ilə məsafəli münasibət saxlamaq, Zəngəzur dəhlizinin açılma məsələsində vaxt uzatmaq, Rus "sülhməramlıları" üçün mandat məsələsinin həlli, Paşinyanın qərbə meyillənməsinin axsadılması, yaxud dayandırılması, Azərbaycanı KTMT-nin yanında görmək üçün Ermənistanın hansısa maneə yaratmaması və s. məsələlər.

Təbii ki, bu dediklərimiz sadəcə, Rusiyanın istəyi kimi qəbul edilə bilər. Paşinyanın hansı addım atacağı isə həmişəki kimi məlum deyil”.

Leyla Mirzə

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Prezident: "25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"
Son xəbərlər
Bütün xəbərlər »