Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şirinlik”dən geri qalmayan dövlət rüsumları
Asan xidmət

Uzun illərdir ki, müzakirə edilən, lakin bütövlükdə həllini tapa bilməyən Azərbaycan vətəndaşlarının soyad sonluqları barədə danışmaq istəyirəm. Bu mövzu tez-tez gündəmə gəlir, müzakirələr edilir, təkliflər irəli sürülür və s. Hətta 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara görə, vətəndaşlar  “-ov” “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Buna baxmayaraq, respublikamızda “ov”, “yev” soyad sonluqlarından hələ də imtina etməyən vətəndaşlar var. Bunun səbəbi isə çox sadədir. İnsanlar sırf soyad sonluqlarını dəyişmək üçün idarələrə gedərək əlavə zaman və pul xərcləmək istəmirlər.

Bu günlərdə televiziya kanallarının birinin hazırladığı reportajda qeyd olunurdu ki, soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki "ASAN xidmət" mərkəzinə yaxınlaşmaqla bu məsələni həll edə bilər. Lakin bunun da öz rüsumu var. Belə ki, soyad sonluğunu dəyişdirmək istəyənlər 10 manat dövlət rüsumu ödəməklə problemi həll edə bilərlər. Bəli, səhv oxumadınız - 10 manat...

Bu rüsumu tətbiq edənlər deyəsən, başqa planetdən gəlib və Azərbaycan reallığından xəbərsizdirlər. Bilmirlər ki, bu ölkədə ərzaq, kommunal qiymətləri hansı səviyyədədir və 10 manat insanlar üçün böyük puldur. Heç kim ailəsinin bozağından kəsib aparıb soyad sonluğunu dəyişmək üçün 10 manat verməz.

Əvvəllər idarələrə gedib hansısa sənədi almaq üçün “şirinlik” verilirdi və millət bunun əlindən təngə gəlmişdi. Sonra sevindik ki, vahid sistem yaradıldı və canımız bu “hörmət eləmək”dən qurtuldu. İndiki rüsum qiymətlərinə baxdıqda isə görürük ki, bizə “dəyən təpik” elə eynidir.

Tək şəxsiyyət vəsiqəsi yox, elə bütün sənəd işlərindəki rüsum qiymətləri həddindən artıq şişirdilmiş formadadır. Baş açmaq olmur ki, bu bir vərəq kağıza xərclənir bu qədər vəsait? İnsanları bu prosesə cəlb etmək, rusun “ov”, “yev” sonluqlu soyadlarından xilas olmaq, prosesi sürətləndirmək üçün rüsumu yığışdırmaq və ya çox cüzi məbləğdə tətbiq etmək olmazdımı?

Leyla Mirzə

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »