Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təbii fəlakətlərin səbəbi insanlardır: ABŞ buludların hərəkətini necə yönəldir...
hava

Yer kürəsindəki ekstremal hava şəraitinin səbəbləri haqqında aparılan araşdırmalar təbii fəlakətlərin baş verməsində insan fəaliyyətinin yüksək rol oynamasını sübut edib.

Yağıntıların həcminin artması, daşqın və torpaq sürüşmələrinin sayının artması havanın müxtəlif kimyəvi maddələrlə çirkələndirilməsinin nəticəsi kimi səciyyələndirilib. Bu məlumatlar Kaliforniya Universiteti alimlərinin Nature Communication elmi jurnalında dərc edilmiş hesabatında yer alıb.

Son illər, xüsusən bu yay ətraf mühitə və şəhərlərin infrastruklturuna çox pis təsir edən dağıdıcı yağıntılar bütün dünya üzrə həddən artıq çoxalıb. Bütün hallarda təbii kataklizmlərin səbəbinin insan fəaliyyəti olduğu məlum olub.

Oksford Universitetinin əməkdaşı, professor Sixan Li The Guardian nəşrinə bildirib ki, dünya sənaye inqilabına qədərki dövrdən daha istidir və orta temperatur 1,2 dərəcə daha yüksələcək. Əgər qlobal istiləşmə davam edərsə, şiddətli yağıntılar və ona paralel olaraq quraqlıq prosesi davam edəcək.

Son 10 ildə təbii fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub. Dünya Meteoroloji Təşkilatının məlumatına görə, son 50 ildə 11 mindən çox təbii fəlakət baş verib ki, bunlar da hava, iqlim dəyişikliyi və su faktorları ilə bağlıdır. Bütün dünyada baş vermiş təbii fəlakətlərlə əlaqədar 3,6 trilyon ABŞ dolları xərclənib. Bir çox ekspertlər təbii fəlakətləri HAARP layihəsi ilə əlaqələndirilər.

ABŞ hava və dəniz qüvvələrinin ortaq işi olan bu layihə radiodalğalar vasitəsilə təbiətə hakimlik iddiasıdır. O yüksək tezlikli səs dalğalarını idarə edən dünyanın ən böyük radiostansiyadır. Stansiya antenlərdən gələn enerjini hədəfləyir və ionesferdə bir nöqtədə cəmləyir. 22 metr hündürlükdə 180 antendən ibarətdir. İdarə edilə bilmələri üçün bir-birləri ilə əlaqəlidirlər. Söhbət əldə edilən 3,6 milyon W enerjidən gedir. Bu antenlər sel, quraqlıq, fırtınalar və məlum fay xətlərindən istifadə etməklə zəlzələlər törətmək xüsusiyyətə malikdir. Proses buludların hərəkətini istiqamətləndirməklə həyata keçirilir. HAARP layihəsinin tətbiq edilmə forması və məqsədi ionosferə yaydığı yüksək təzyiqli elektromaqnit dalğaların peyklərlə ərazilərə göndərilməsi və həmin ərazidə yaradıla biləcək hadisələrin hərəkətə keçməsini təmin etməkdir. Dövrümüzdə bu layihə dünyanın ən böyük radioötürücü stansiyasıdır. Mütəxəssislər HAARP-ın yeganə belə silah olmadığını ehtimal edirlər.

İlhamə

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »