Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident “Şərqi Zəngəzur” iqtisadi rayonunu yaratdı: Azərbaycan Qərbi Zəngəzura iddia edirmi...
Zəngəzurun Mehri şəhəri

7 iyul tarixində prezident İlham Əliyev Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Prezidentin fərmanına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir.

“Prezident Qarabağa siyasi və inzibati olaraq vahid yanaşır. Artıq Dağlıq Qarabağ rəsmən dəfn edildi”. Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Qarabağa dair isətnilən rəsmi qərarımız Ermənistana mütləq təsir edəcək.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Ermənistanın artıq Qarabağa xərcləyəcək maddi vəsaiti qalmayıb. Fərmanın məhz bu gün Paşinyanın Moskvada olduğu zaman imzalanması mühüm addım idi ki, Putinin Paşinyan üzərindəki təzyiqini artıracaq. 10 noyabr, 11 yanvar razılaşmasının yerinə yetirilməsininin əsas qarantoru Putin olsa da, bu fərman onu göstərdi ki, Azərbaycanının Qarabağa dair qərarları işləməzsə, proses işləməz, yəni Rusiya nüfuzdan düşər.

Bölgədə açılım baş verməzsə, Ermənistan iqtisadiyyatı həssas Rusiya üzərində yük olmağa davam edəcək. Prezident Əliyevin təklif etdiyi 3+3 formatı o qədər dəstək görüb ki, Putin formatda yer alan Tiflisə görə belə narazılıq etməyi düşünmür. Ermənistanın nəzarətində qalan az bir ərazidə dövlət qura bilməzdilər, zatən dünyada bir nümunəsi belə yoxdur. Olsaydı, işğal dönəmində qondarma rejimin müstəqilliyini birinci İrəvan qəbul etməli idi.

Azərbaycan üçün artıq daxili ərazisi Qarabağ ilə yanaşı, məsələ konkret qoyuldu - Şərqi Zəngəzur. Zəngəzurun şərqi varsa, avtomatik olaraq, qərbi də olmuş olur.

Nəhayət, STM-in dünənki sorğusunun Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə münasibət hissəsi də göstərir ki, sorğuda Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə dair də iki sual soruşulub. Respondentlər seçkilərdə Nikol Paşinyanın qalib gəlməsinin əsas iki səbəbi kimi Ermənistan xalqı müharibədən çəkindiyi üçün revanşistlərə səs verməməsini (48.1%) və Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını istəmələrini (37.4%) görür. Hər beş nəfərdən biri sualı cavablandırmaqda çətinlik çəkib.

Paşinyanın hakimiyyətini davam etdirməsindən əsas gözlənti kimi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacağı fikri geniş yayılıb (60.9%). Hər dörd nəfərdən biri (25.4%) düşünür ki, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr Birgə bəyanatın şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında sərəncamı siyas-tarixi əhəmiyyət kəsb edir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının və revanşizmin fiaskosudur. Zəngəzur məsələsi məhz Qarabağın kiçik bir hissəsində separatizmin varlığına son qoyacaq və Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə nəticələnəcək. Proseslər ona doğru gedir. Qeyri-rəsmi olsa da, Azərbaycan konkret olaraq Qərbi və Şərqi Zəngəzur coğrafi adını siyasi leksikona daxil etdi.

Siyasi şərhçi vurğulayıb ki, Ermənistanın 30 ildə bizə qarşı işğalçı, faşist, siyasəti öz əleyhinə işləyir.

“Ermənistanın bir çıxış yolu var, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sülhə getmək. Azərbaycan KTMT-də müşahidəçilik statusu alması, Ermənistan ərazisində Qərbi Zəngəzurda hərbi əməliyyatlar keçirməsinə mane olmayacaq. Bu strategiyanın əsas təməli Xankəndidə oturmaq olacaq”.

Leyla Mirzə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »