Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sərhəddə açılan atəş Rusiyanın Şuşa bəyannaməsinə cavabıdır"
Nikol Paşinyan və Vladimir Putin

“Hazırda sərhədlərimizdə baş verənlər, Yuxarı Qarabağdan Ağdam istiqamətində yerləşən ordu hissələrimizə açılan  atəş  Rusiyanın Şuşa Bəyannaməsinə cavabı kimi qiymətləndirilməlidir. Bu silahlı erməni birləşmələrinin deyil, elə sülhməramlı adı altında fəaliyyət göstərən rus  hərbiçilərinin əl işidir”.

Bu fikirləri bizimyol.info-ya hərbi ekspert Tərlan Eyvazov səsləndirib.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Ordakı qanunsuz  silahlı ermənilərin  bunu  etməyə nə gücü, nə də marağı var. Artıq Azərbaycan və Türkiyənin bölgədə möhkəmləndiyini görən qarabağlı ermənilər qaçmağa, getməyə yollar axtarırlar. Separatçı rejim hərbi xidmət keçmək  üçün adam tapmaqda çətinlik çəkir. Qalan azsaylı silahlılar da həddindən artıq könülsüz xidmət edirlər.

Rusiyanın  bəzi tələbləri yerinə yetirilməyib deyə bu kimi təxribatların olması gözləniləndir. Məndə olan məlumata görə, Rusiya Xocalı və Xocavəndin qarşılığında  Hadrutu alıb ermənilərə vermək istəyir. Hadrutun getməsi Şuşanın  itirilməsi demək olar və biz buna əsla razı ola bilmərik. Rusiya üzdə özünü Azərbaycana və  Türkiyəyə dost  kimi göstərib, ermənilərin görüntüsü arxasından yenə bildiyi kimi hərəkət edir. Ermənilər bu anlamda ruslar  üçün zərbəni üzərinə çəkən bufer zona rolunu oynayır. Moskva bununla təzyiq göstərməyə, rus ordusunun Qarabağda qalmasına şərait yaratmağa çalışır”.

İlhamə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »