Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Delta" kabusu bitmədən yenisi gəldi: 30 ölkədə aşkarlanıb
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

Dünya Hindistanda ortaya çıxan Delta variantının narahatlığını yaşayarkən, Perudan da pis xəbər gəlib.

Bizimyol.info-un məmulatına görə, ilk olaraq Peruda keçən ilin avqustunda ortaya çıxan "Lambda" variantının tədricən yayıldığı açıqlanıb. "Lambda" artıq 30 ölkəyə yayılıb.

Dünya koronavirus və onun növləri ilə mübarizə apararkən, Delta variantından sonra hər keçən gün daha çox yayılan yeni bir variant ortaya çıxıb. "Lambda" adlanan yeni variant ilk olaraq Peruda aşkar edilib. Lambda variantı bu günə qədər 30 ölkəyə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Peruda "Lambda"nın aprel ayından bəri test edilən yeni infeksiyaların 81 faizini təşkil etdiyini bildirib. Alimlər bu variantın daha yoluxucu və peyvəndlərə qarşı daha dözümlü ola biləcəyindən narahat olurlar.

Dünyada sürətlə yayılan Delta variantı, bu günə qədər Türkiyə də daxil olmaqla 65 ölkədə aşkarlanıb. Simptomları qriplə qarışdırılan bu variantın yeni əlamətləri baş-boğaz ağrısı və burun axıntısıdır. Bunun təsirini azaltmaq üçün peyvənd olunmaq vacibdir.

Sürətlə yayılması ilə tanınan və Hindistanda ortaya çıxan Delta variantının simptomları qripə olduqca çox bənzəyir. Mütəxəssislər oxşar simptomların test və təcrid tədbirlərinin gecikməsinə səbəb olduğunu deyirlər.

"New York Post" qəzetinin xəbərində, koronavirus səbəbindən əhali sayına nəzərən ən çox insan itkisinin Peruda qeydə alındığı, bunun səbəbinin "Lambda" variantı olduğu və hər 10 adamdan birinin həyatını itirdiyi bildirilib. Mövzu ilə əlaqədar açıqlamalar verən elm adamları "Lambda" variantının potensial olaraq artan infeksiya və ya neytrallaşdırıcı antikorlara qarşı artan müqavimətə səbəb ola biləcək bir sıra mutasiya daşıdığını vurğulayıblar.

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »