Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya nə qədər "təlxəklik" etsə də, Ukrayna geri çəkilmir
Vladimir Zelenski və Vladimir Putin

Rusiya Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün hər hoqqaya əl atır. Amma Qərb sakitcə yoluna davam edir.

Bizimyol.info xəbər verir ki, 5 İyul Bazar ertəsi günü Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən Donbasdakı atəşkəsin pozulması və Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması nəticəsində bir Ukrayna əsgəri həlak olub, daha üçü yaralanıb.

Cənubda Ukraynanın beynəlxalq tərəfdaşları ilə birlikdə həyata keçirdiyi Sea Breeze-2021 hərbi təlimləri zamanı Rusiya hərbi təyyarələri Qara dəniz üzərində manevrlər ediblər.

Vəziyyəti Rusiya Federasiyasından asılı hala gələn Alexandr Lukaşenko gərginləşdirir. Bu yaxınlarda Ukraynanı Belarusa silah satmaqda günahlandırıb və sərhədçilərinə Ukrayna-Belarus sərhədini bağlamağı əmr edib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini general-leytenant İqor Romanenko vəziyyəti təhlil edib: “Rusiya Federasiyası tərəfindən vəziyyəti gərginləşdirmək cəhdlərinə baxmayaraq, Ukrayna donanmasının təlimləri Qara dənizdə Amerika donanması və dünyanın hər yerindən 30-dan çox gəminin iştirakı ilə davam edir. Bu, hərbi komponent baxımından vacibdir. Təlimlər yalnız dənizdə deyil, həm də havada və quruda keçirilir. Rusiya hər cür təxribat törədir, hətta özünü Qara dəniz və Azov dənizinin sahibi kimi təqdim edərək bu təlimləri dayandırmaq istəyir. Ancaq bu cəhdləri uğursuz olur".

Romanenkonun təsvirindən belə hiss olunur ki, Rusiya o ərazilərdə sadəcə, "təlxəklik" edir, amma NATO və Ukrayna birgə təlimləri planlaşdırıldığı kimi davam etdirir.

General Rusiyanın qərb sərhədləri xaric bütün Ukrayna sərhədlərindəki vəziyyəti gərginləşdirməsinə baxmayaraq Putinin genişmiqyaslı döyüş əməliyyatları barədə qərar verəcəyini düşünmür.

"Putin bu günə qədər güc tətbiq etmək qərarı verməyib. Qarşıda Zelenskinin Merkellə, Baydenlə görüşləri var. Onların nəticələrinə əsasən Putinlə Zelenski arasında görüşün olub olmayacağı ilə bağlı qərar vermək mümkündür. Bütün bunlardan sonra Kreml ölkəmizin şərqində vəziyyəti daha da gərginləşdirməyə, hətta açıq savaş həddinə gətirməyə qərar verə bilər. Bunu etmək üçün Rusiya Federasiyasının gücü var. Putin Üçüncü Dünya Savaşından qorxmadığını söyləsə də, bu, oturduğu budağı kəsəcəyi anlamına gəlmir. Ölkə içindəki reytinqi artıq 15 faizə düşüb. Kiçik və sonda zəfər qazanacağı bir savaş başlada bilər, ancaq bu 2014-cü ildə Krımda olduğu kimi asan bir qərar olmayacaq".

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Prezident: "25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"
Son xəbərlər
Bütün xəbərlər »