Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Kalininqrad kimi Rusiyanın vilayətinə çevrilə bilər
Zəngəzurun Mehri şəhəri

Son 2 həftədir Ermənistanın Azərbaycanla sərhədlərinin mühafizəsinin Rusiya qoşunlarına həvalə ediləcəyinə dair fikirlər dolaşmaqdadır.

Ermənistan tərəfi bu xəbəri sevinclə tirajlamaqdadır. Bəs xəbər təsdiqini tapsa, Ermənistanla sərhədlərimizi rus əsgərləri qorusa, bunun bizə hansı mənfi və ya müsbət təsirləri ola bilər? Bizimyol.info-nun sualını Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili cavablandırır.

Əhməd Əlili Əhməd Əlili

“Birinci növbədə dəqiqləşdirmək lazımdır ki, Rusiya hərbçiləri sərhədin Ermənistan tərəfində olacaqlar. Azərbaycan sərhədini Azərbaycan əsgərləri qoruyacaq. Rusiya çalışırdı ki, sərhədin mühafizəsi bütünlüklə onlara tapşırılsın. Azərbaycan tam prinsipial mövqe sərgilədi, bununla bağlı ictimai informasiya var ki, müəyyən razlıq əldə olunub. Bunun bizə fəsadı və ya xeyri nə ola bilər? Xeyri o ola bilər ki, bu proses Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya prosesini sürətləndirəcək. Artıq qarşı tərəfdə Ermənistan hərbiçiləri olmayacaq, diversiya imkanları qalmayacaq”,- deyə ekspert bildirib. O həmçinin qeyd edib ki, bu Qazaxın 7 kəndinin də Azərbaycana qaytarılması üçün Rusiya və Azərbaycan arasındakı danışıqların konkret nəticə verməsinə səbəb ola bilər. Azərbaycan real olaraq kiminlə üz-üzə durduğunu dünyaya göstrə biləcək. İnidyədək biz Rusiya ilə toqquşsaq da, əslində ortada rəsmən görünən Ermənistan idi.

Neqativ olaraq nə deyə bilərik? Ermənistanda sürətlə ruslaşma və Rusiyaya strukturlarına inteqrasiya gedir. Ermənistan Rusiyaya dərin inteqrasiya prosesindədir və bundan sonra Ermənistan Kalininqrad statuslu bir vilayət kimi Rusiyanın federal vilayətlərindən birinə çevrilə bilər. Bu o deməkdir ki, Azərbaycan həm qərbdən, həm şimaldan Rusiya ilə qonşu olur. Gürcüstan da Rusiyanın təsiri altına düşərsə, bu o deməkdir ki, Azərbaycanın dünya okeanına və beynəlxalq bazarlara çıxış imkanları məhdudlaşa bilər. Ona görə, Azərbaycan çalışır ki, özünə lazım olan konfiqrasiyanı qursun. Türkiyə, Mərkəzi Asiya dövlətləri ilə münasibətlər elə inkişaf etsin ki, hər hansı bir ölkə ilə baş verəcək gərginlik bizə baha başa gəlməsin”,- deyə ekspert bildirib.

İlhamə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »