Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"KTMT-yə tam üzv olmaq Azərbaycanın əleyhinədir”
Kreml, Moskva, Rusiya

Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının üzvü olan ölkələrin Parlament Assambleyası bloka tərəfdaş ölkələr institutu təsis edib. Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə deyib ki, Azərbaycan və Pakistan bu formata ən çox maraq göstərən ölkələrdir.

Siyasi şərhşi Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması verən zaman bildirib ki, Rusiya Azərbaycanın KTMT üzv olmaq üçün bir neçə ildir ki, danışıqlar aparır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Hətta ikinci Qarabağ müharibəsindən əvvəl Tovuz istiqamətində baş verən döyüşlərdə KTMT neytral qaldı. Ermənistanın bütün cəhdlərinə baxmayaraq bu təşkilat öz susqunluğunu qorudu. Həmçinin Qarabağ müharibəsində Azərbaycan Ermənistan ərazisində raket sistemlərinə zərbə endirəndə də eyni analoji halı KTMT nümayiş etdirdi.

Ötən həftə Ermənistanla sərhədlərin demarkasiyasıda yaranmış təxribatlar fonunda bu təşkilatın baş katibi S. Zas bunun sərhəd insidenti olduğunu qeyd etdi. Bununla da növbəti dəfə neytral qaldı. KTMT Rusiyanın nəzarətində olduğu üçün Moskva maksimum Azərbaycan və Ermənistan arasında münaqişədə bu təşkilatı kənar tutaraq, Azərbaycanı bu quruma üzv etmək üçün əlindən gələni edir.

Siyasi şərhçinin sözlərinə görə, məhz Azərbaycan rəsmi şəkildə KTMT üzv olmayacağını qeyd edib. Ona görə də, Moskva yalnız müşahidəçi institutu təsis etmək qərarına gəlib.

“Azərbaycan bununla Qərblə əlaqələri qoruyub saxlayacaq. Həmçinin NATO ilə əməkdaşlığı davam etdirəcək. Qeyd edim ki, KTMT müşahidəçilik statusu əldə etməsi, taktiki baxımından heç də Azərbaycanın əleyhinə olmayacaq. KTMT müşahidəçilik Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinin ləğvinə və Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq. Hətta Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirərsə, KTMT Azərbaycana qarşı mövqe ortaya qoya bilməyəcək.

Təbii ki, KTMT-yə tam üzv olmaq Azərbaycanın əleyhinədir. Ermənistan hakimiyyəti bir müddətdən sonra, KTMT-dən çıxmağa çalışa bilər. Azərbaycan bu təşkilata üzvlüyü NATO və Qərblə əlaqələrlə zərbə vura bilər”.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »