Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaşınmayan yerdən... status çıxaranlar
Minsk Qrupu həmsədirləri

Və ya niyə Azərbaycanı alqışladılar, amma Ermənistanı həm də "dəstəklədilər"

“Amerika Birləşmiş Ştatları bütün tutulanların geri qaytarılması və münaqişə bölgələrinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi çağırışlarını davam etdirir. Bölgədəki əməkdaşlığı və həll edilməmiş məsələlərin həllini dəstəkləməyə hazırıq. Biz, həmçinin, Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa və münaqişənin hərtərəfli və davamlı siyasi həlli üçün danışıqlar aparmağa çağırırıq”.

Bu cümlələr Anerika Birləşmiş Ştatlarının bəyanatındakı axırıncı abzasdır. Bəyanatda Azərbaycanda saxlanılan “erməni məhbusları” Ermənistana qaytaran rəsmi Bakının addımı təqdir olunur. Eləcə də, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməsi də.

“Erməni məhbuslar” deyəndə ABŞ Azərbaycan təhlükəsizlik qüvvələrinin 2020-ci il noyabr ayının 10-da imzalanmış Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatından sonra Qarabağda Azərbaycan silahlı qüvvələrinə və mülki şəxslərinə, hərbi və mülki obyektlərə qarşı silahlı təxribat-diversiya əməllərinə görə həbs etdiyi Ermənistan əsgərlərini nəzərdə tutur. Ancaq o silahlı təxribatçıları, sadəcə, “məhbuslar” adlandırır. Halbuki ABŞ, bütün Qərb həmin bəyanatı da alqışlamışdı. Və həmin o bəyanatda alqışladıqları bir müddəa da Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Ancaq bu müddəa tam olaraq yerinə yetirilmir.

Əlbəttə, o fikirdə deyilik ki, ABŞ kimi böyük dövlət, regional təhlükəsizlik, enerji və demokratik inkişaf məsələlərində Azərbaycanla müttəfiq olan qlobal güc Azərbaycana qarşı təxribat-diversiya əməllərinə haqq qazandırır. Ancaq məsələyə öz adı ilə və dəqiq qiymət vermək də lazımdır. Düzdür, yuxarıdakı sitatda ABŞ “həll edilməmiş qalan məsələlərdə” dəstək verməyə hazır olduğunu bildirib.

Bəli, Ermənistanın Azərbaycan ərazisində hələ də qalmaqda davam edən və dünən Ağdamda ordu bölmələrimizi atəşə tutmuş silahlı birləşmələrinin Qarabağ bölgəmizdən çıxarılması həll olunmamış məsələdir. Ancaq ABŞ bu barədə birmənalı və düzünə bir fikir deməyib. Buna baxmayaraq, Azərbaycanla Ermənistan arasında guya “həll edilməmiş qalan” başqa bir məsələ uydurulub. Bu, aydın deyilməsə də, Ermənistan tərəfinin “status” avantürasının nəzərdə tutulduğu məlumdur. ABŞ “Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa və münaqişənin hərtərəfli və davamlı siyasi həlli üçün danışıqlar aparmağa” çağırır. Eləcə də, Fransa.

Bu 30 ildə Azərbaycan 30 min can itirdi, bu dövlətlər öz mandatlarının tələbinə uyğun olaraq, 30 dəqiqələrini ayırıb Ermənistanı çəkindirəcək 30 sətirlik bir bəyanat belə vermədilər. İndi 30 erməni diversantın azadlığa buraxılmasından geosiyasi ekstaza düşüblər. Ermənistanda əksəri mülki şəxs olan azərbaycanlıları – minlərlə əsir və girovu bu 30 ildə 30 saniyəlik də olsa, xatırlamadılar. İndi ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara qayıtmağa, həll olunmamış məsələləri həll etməyə çağırırlar. Hansı məsələləri? Azərbaycan status məsələsini qəbul etmirsə, daha hansı məsələni müzakirə etməyə çağırırlar?! “ABŞ-ın bəyanatında da “münaqişənin hərtərəfli və davamlı siyasi həlli” zərurətindən danışılır. Ermənistan məğlub olduğunu qəbul edibsə, hansı münaqişədən söhbət gedir? Əgər münaqişə başa çatmayıbsa, bəs onda nə üçün o üçtərəfli bəyanatı alqışladılar?!

Hə, “hərtərəfli və davamlı siyasi həll” deyə bir şey varsa, bu da Azərbaycanın tələb etdiyi sülh müqaviləsidir. Ermənistan bu müqavilənin hazırlanmasından və imzalanmasından yayınır. Bu halda “hərtərəfli və davamlı siyasi həll” Ermənistanı bu müqaviləyə məcbur etməkdir. Əgər Minsk üçlüsünün maraqları, sadəcə, artıq olmayan Qrupun, yaxud daha pisi, bu Qrupun adı altında öz maraqlarını təmin etmək deyilsə, Ermənistanı buna razı salsınlar, İrəvana qarşı “inandırıcı” siyasi və sair təsir alətlərindən istifadə etsinlər. Yox, bunu etmirlərsə, qaşınmayan yerdən... “status” çıxarmasınlar.

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »