Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Putin-Paşinyan görüşündə hər hansı sənəd imzalanmayacaq
Nikol Paşinyan və Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan iyulun 7-də Moskvada Dağlıq Qarabağ ətrafında məsələni müzakirə edəcəklər.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə, o, tərəflər arasında hər hansı sənədin imzalanmasının nəzərdə tutulmadığını deyib.

Jurnalistlərin liderlərin görüş zamanı Rusiya sülhməramlılarının Ermənistan sərhədində yerləşdirilməsi variantlara baxacağı və müvafiq sənəd imzalayacağı barədə Ermənistan KİV-ində gedən məlumatları şərh etməsi qarşılığında Kremlin sözçüsü bu informasiyaların həqiqətə uyğun olmadığını bəyan edib.

“Əlbəttə, görüşdə Qarabağ da, orada yerləşdirilmiş Rusiya hərbçiləri də, bütövlükdə ikitərəfli münasibətlər də müzakirə olunacaq. Lakin hansısa sənədin imzalanması planlaşdırılmır”, - deyə o vurğulayıb.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »