Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı alimin icadı Almaniyada bəyənildi
Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev tibb elmləri doktoru, almaniyalı alim Michael Schönfeld ilə birlikdə İşemik insultlar zamanı beyindən trombun çıxarılmasında istifadə olunacaq yeni aparat hazırlayıb. Layihənin ilkin praktik sınaqları uğurla keçib və hazırda  alətin Avropada patentləşməsi prosesi yekunlaşmaq üzrədir.

İşemik insultlar zamanı beyindən trombun çıxarılmasında istifadə olunacaq bu yenilik dünyada ilkdir.Nuran Abdullayev bildirib ki,məhsulun istehsalını həyata keçirmək  üçün alman şirkətlərindən biri ilə razılaşma əldə edilib.Layihə Avropanın bütün insult mərkəzlərində istifadə olunmaq  üçün “CE” sertifikatı almalıdır və hazırda  bunun üzərində iş gedir.

“Bunun insult xəstələrində icra etdiyimiz beyin əməliyyatlarında yaxın gələcəkdə nə qədər həyat qurtarıcı bir layihə olduğuna hər kəs şahidlik edəcək. Layihə haqqda qeyd etmək istəyirəm ki, bu, insanlığa və insana olan sevgidən doğan bir beyin məhsuludur. Sevgi ilə edilən bütün təşəbbüslər gec və ya tez böyük uğura layiqdir”,- deyə professor Nuran Abdullayev öz işi haqqında bildirib.

İlhamə

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »