Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrdə açıq-aşkar narkotik satılır: Azərbaycanda istehsal olunur
Sosial şəbəkələr

Son aylarda əhali arasında yeni narkotik vasitə, “patı” adı ilə tanınan metamfetaminin geniş yayılması və əvvəlki ilə müqayisədə daha ucuz olması ictimaiyyətdə narahatlıq yaradıb. Çünki ucuz olması daha çox insanın bu bəlaya düçar olmasına zəmin yaradır. Deyilənlərə görə, bu bəlaya daha çox gənc nəsil düçar olur. Məlumatlarda qeyd olur ki, bu narkotik maddənin yaratdığı psixoloji düşkünlükdən sonra gənclərdə intihara meyillilik artır. Hətta iddia olunur ki, son zamanlar daha çox diqqət çəkən gənc və yeniyetmələrin intiharları arxasında bu cür nakotik satışını edən şəbəkələr dayanır.

Maraqlısı ondadır ki, bir çox sosial şəbəkələrdə açıq-aşkaranə bu narkotikin satışı həyata keçirilir. Təkcə İnstagram sosial şəbəkəsində yüzlərlə “Patı” adına səhifələrə rast gəlmək olur. Həmin səhifələrdə paylaşımlar edərək müştəri cəlb edilir, insanlarla ünsiyyət qururlar, bəzi hallarda pulsuz “patı” təklif edirlər. Məqsəd isə həmin şəxsləri aludəçiyə çevirməkdir.

Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyi

Bir qrup şəxs buna polisin şərait yaratdığını və narkotik satışına göz yumduğunu iddia edir. Daxili İşlər Nazirliyi isə öz növbəsində məsələyə aydınlıq gətirərək bildirib ki, polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının hazırlanması, istehsal edilməsi, əldə olunması, saxlanılması, daşınması, göndərilməsi və ya satılmasına qarşı qətiyyətli mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Hətta 6 iyul tarixində sosial şəbəkələrdə narkotik vasitələr olan “patı”, “şüşə” adlanan psixotrop maddələr satan 9 nəfər saxlanılıb. Onlardan 30 kiloqramdan artıq metamfetamin, o cümlədən 4778 ədəd psixotrop tərkibli həb aşkar edilib.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, 15 il narkotik aludəçisi olan Cəlil adlı şəxs internet üzərindən açıqlamalar yayaraq bildirir ki, əvvəllər “patı” İrandan qaçaq yolla gətirilirdi, lakin indi İrandan bir neçə nəfər gəlib Bakıda qalır və onların istədiyi, açıq satışda olan 26 maddəni alıb verirsən, 3 gün ərzində 3 kiloqram düzəldib verirlər. Hətta açıqlamalarından birində qeyd edib ki, çox zaman qızlar da arıqlamağın xətrinə çəkirlər. Çünki bu maddəni çəkəndən sonra iştah olmur, istəsən də, yemək yeyə bilmirsən. Bir müddət sonra isə insanı məhv edir, beynini qurudur.

Leyla

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »